• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

8 OKTYABR 2015

İSİM-in nümayəndələri tələbələrə tütünçəkmənin zərərlərini açıqladılar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyənin müxtəlif mövzuları üzrə ali və orta məktəblərdə tədbirlərini davam etdirir. Növbəti tədbir 2015-ci il oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) keçirildi. Tədbirdə universitetin Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Regional Psixologiya Mərkəzinin və “MedEra” klinikasının psixoloqu Mehriban Qafarova, kafedranın müəllimləri və universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin III kurs tələbələri iştirak etdilər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva sağlam cəmiyyətin formalaşmasında bütün dünya ölkələrində olduğu kimi, bizim ölkəmizdə də zərərli vərdişlərə qarşı mübarizənin vacib olduğunu bildirdi. Universitetdə bu yöndə bir çox maarifləndirici tədbirlərin keçirildiyini qeyd edən S.Musayeva bu kimi işlərdə gənclərin fəallığının əhəmiyyətli olduğunu dedi.

Sağlam həyat tərzinə (tütünçəkmə ilə mübarizəyə) dair təqdimatla ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən İSİM-in əməkdaşları Səadət Hənifəyeva və Leyla Eyvazova çıxış etdilər.

Təqdimatda tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər barədə məlumat verildi. Maarifləndirici məqsəd daşıyan və interaktivlik əsasında qurulan təqdimatlarda o cümlədən tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açıldı, şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparıldı.

Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli sayılan 4000-ə yaxın zərərli, o cümlədən xərçəng xəstəliyini yaradan kimyəvi maddə olduğunu vurğulayan məruzəçilər “Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ var. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur!” deyərək tələbələri sağlam həyat tərzini seçməyə çağırdılar.

Regional Psixologiya Mərkəzinin və “MedEra” klinikasının psixoloqu Mehriban Qafarova mövzuya psixoloji yöndən yanaşaraq gənclərin əsasən yeniyetməlik dövründə zərərli vərdişlərə maraq göstərdiklərini bildirdi. O, gənclərin buna maraq göstərməsində ətraf mühitin təsirinin böyük rolu olduğunu vurğuladı və güclü iradə nəticəsində onların bundan imtina edə biləcəklərini dedi.

Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin 305 (b) qrup tələbəsi Xəyalə İsmayılova “Alkoqol və qeyri-sağlam həyat tərzi” mövzusunda çıxış etdi.

Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova universitetdə hər il müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini nəzərə çatdırdı. Bu cür tədbirlərdə tələbələrin fəal iştirak etdiklərini deyən kafedra müdiri bunun sevindirici hal olduğunu bildirdi. Çıxışının sonunda Sevda Zamanova hər kəsə, o cümlədən İSİM-ə tədbirdə iştirak etdikləri üçün təşəkkür etdi.

Təqdimatın sonunda tütünçəkmənin nəticələrini özündə əks etdirən videoçarx nümayiş etdirildi, maarifləndirmə materialları paylanıldı.