İSİM-in nümayəndəsi Yaponiyada keçirilmiş təlim proqramında iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

22 İYUN 2015

İSİM-in nümayəndəsi Yaponiyada keçirilmiş təlim proqramında iştirak etdi

Yaponiyanın tibbi təhsil və elm müəssisələri Azərbaycanın müvafiq müəssisələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır.

Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlıq bütün istiqamətlərdə xeyli müddətdir ki, qurulub və inkişaf etdirilir. O cümlədən Səhiyyə Nazirliyi ilə Yaponiya hökuməti arasında bir sıra əməkdaşlıq proqramları, layihələr həyata keçirilib. Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyinin dəvəti ilə 2015-ci il mayın 10-dan iyunun 14-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nabil Seyidov Yaponiyada bir aylıq beynəlxalq təlim proqramında iştirak etdi. Azərbaycan mütəxəssisi ilə yanaşı, Serbiya, Özbəkistan, Honduras, Tonqa, Şri-Lanka və digər ölkələrin səhiyyə mütəxəssislərinin də iştirak etdiyi təlim proqramının mövzusu “Həyat tərzi ilə əlaqəli (qeyri-infeksion) xəstəliklərin profilaktikası” idi.

Təlim proqramı çərçivəsində iştirakçılar Yaponiyanın aparıcı tibb və elmi mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub təcrübə qazandılar. Təlimdə Yaponiyanın səhiyyə sistemlərinin vəziyyəti barədə geniş məlumat verildi. Eləcə də ürək-damar və beyin-damar xəstəliklərinin qarşısının alınmasında Yaponiyanın həyata keçirdiyi fəaliyyətə nəzər salındı. Həmçinin Yaponiyada uşaqların qidalanması, gənclər və yaşlılar arasında sağlam həyat tərzinin təbliği istiqamətində qəbul edilmiş inkişaf proqramlarından bəhs edildi.

Azərbaycan və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ürək-damar xəstəliklərindən ölüm hallarının çəkisi daha çoxdur. Bunu nəzərə alaraq, “Həyat tərzi ilə əlaqəli xəstəliklərin profilaktikası” mövzusunda keçirilmiş təlimdə iştirak Azərbaycan səhiyyəsi üçün çox faydalı oldu. Təlim proqramının nəticəsi olaraq, Səhiyyə Nazirliyinin müxtəlif qurumları, o cümlədən İSİM tərəfindən həyat tərzi ilə əlaqəli xəstəliklərin profilaktikası məqsədilə daha geniş təbliğat və maarifləndirmə proqramlarının hazırlanması planlaşdırılır.