Gənc Qan Donorlarının növbəti Regional Forumu Lənkəranda keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2015

Gənc Qan Donorlarının növbəti Regional Forumu Lənkəranda keçirildi (FOTO)

Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliyatalassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.

2015-ci il mayın 15-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Gənc Qan Donorlarının növbəti Regional Forumu keçirildi. Forumun təşkilatçıları Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, eyni zamanda ölkənin gənclər və səhiyyə sahəsində aparıcı qeyri-hökumət təşkilatları olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyidir.

Forumda dövlət qurumları və səhiyyə sahəsində çalışan QHT nümayəndələri ilə yanaşı, rayon ictimaiyyəti də iştirak etdilər. Forum çərçivəsində məruzələr dinlənildi, donorların iştirakı ilə çəkilmiş “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” və “Qan Donorları Assosiasiyası” İctimai Birliyi tərəfindən çəkilən videoçarxların nümayişi oldu. Forumda çıxış edənlər qan donorluğunun təbliği məqsədilə keçirilən tədbirlər barədə məlumat verdilər.

Həmçinin il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və mütəmadi qan donorları mükafatlandırıldı. Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətlərin müzakirəsindən sonra tövsiyələr hazırlandı, yekun sənəd oxundu. Sonda Azərbaycan Gənc Qan Donorlarının I Forumunun və Gənc Qan Donorlarının İlk Regional Forumunun videoçarxı nümayiş etdirildi.

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi keçirilməsi qərara alınıb. Bu günün mahiyyəti bütün dünyada könüllü donorluq ənənəsini yayaraq genişləndirməkdir.

Səhiyyə Nazirliyinin donor qanına tələbatın ödənilməsinə yönəldilən “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri vardır. İSİM də öz növbəsində qan donorluğu ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində uğurlu fəaliyyət aparır. Bu fəaliyyət qan donorluğu şəbəkəsinin genişləndirilməsinə təkan vermək məqsədi daşıyır.

Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2014-cü ildə İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrupun təşəbbüsü ilə “Qan donorluğu” mövzusunda maarifləndirmə kampaniyaları, aksiyalar, rəsm müsabiqəsi keçirilib. Eləcə də ilk milli forum 2014-cü il iyunun 14-də Bakıda keçirilib. “Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu” isə 2015-ci il fevralın 10-da Gəncədə təşkil olunub.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.