Ümumdünya Səhiyyə Təşkilatının 7 aprel 2015-ci ilinin Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarxı İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən azərbaycan dilində hazırlandı (VIDEO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 MART 2015

Ümumdünya Səhiyyə Təşkilatının 7 aprel 2015-ci ilinin Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarxı İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən azərbaycan dilində hazırlandı (VIDEO)

Hər il aprel ayının 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır. Bu ilin mövzusu qida və ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqəlidir.

ÜST-nin məlumatlarına görə hər gün minlərlə insan qarşısı alına bilinən qida mənşəli xəstəliklərdən dünyasını dəyişir. Qida məhsullarından düzgün istifadə qida mənşəli xəstəliklərin profilaktikasının əsas elementidir. Qida məhsulları hazırlanma prosesinin istənilən mərhələsində təhlükəli mikroorqanizmlərlə çirklənə bilər. Bir çox qida mənşəli xəstəliklərin qarşısını sadə gigiyena qaydalarına riayət etməklə almaq olar. ÜST qlobal sağlamlıq mesajlarının yerli şəraitə uyğunlaşdırılması sahəsində fəal iş aparır və bu işi dəstəkləyir.

Bununla əlaqədar ÜST-nin 7 aprel 2015-ci ilinin Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarxı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən azərbaycan dilinə tərcümə olundu.