• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

9 APREL 2014

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2014-cü il aprelin 9-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu, Save the Children, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə Milli Ofisi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Birgə və Sağlam İctimai Birliyinin nümayəndələri iştirak etdilər.

Save the Children-in Proqram rəhbəri Leyla Mustafayeva Azərbaycanda qaçqın və sığınacaq axtaranlara qayğı və dəstək layihəsi çərçivəsində xaricdən dəvət olunmuş mütəxəssislərin İmişli, Ağcabədi və Tərtərdə apardıqları monitorinqlər barədə məlumat verərək monitorinqin nəticələrinin may ayında açıqlanacağını bildirdi.

Həyata keçirilən üç layihədən söhbət açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Səbinə Məhbubi layihələr əsasında miqrantlar arasında ilkin yardım, vərəm, qan donorluğu üzrə təlimlərin keçirildiyini, qiymətləndirmələrin aparıldığını nəzərə çatdırdı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova isə 7 aprel – Ümumdünya sağlamlıq günü ilə əlaqədar keçirilmiş konfranslardan bəhs etdi.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov iştirakçıları Mərkəzin fəaliyyəti ilə bağlı hesabatların hazırlanılması prosesinin sona çatdığı, İİV-lə bağlı mayda keçiriləcək 4-cü konfransa hazırlıq işlərinin aparıldığı barədə məlumatlandırdı. Qlobal Fondun Mərkəzi Ofisindən Azərbaycana gələn İİV-lə bağlı mütəxəssislərlə birgə yeni layihələr üzrə işlərin görüldüyünü qeyd edən E.Muradov dərmanların əlavə təsirləri ilə bağlı təlimlərin keçirildiyini diqqətə çatdırdı.

BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov yeniyetmə və gənclərin İİV-lə bağlı test-məsləhət xidmətlərinə çıxışının artırılması məqsədilə təşkil olunmuş interaktiv təlim kurslarından söhbət açdı.

İİV-lə əlaqədar keçirilmiş layihələrdən bəhs edən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə Milli Ofisinin layihə üzrə assistenti Cəmilə Kərimova Bakının doğuşayardım və antenatal xidmət göstərən müəssisələrində klinik protokolların tətbiqinə dair monitorinqlərin aparıldığını və nəticələrin yaxın vaxtlarda açıqlanacağını vurğuladı. İİV-in anadan uşağa ötürülməsinə dair regionlarda və Bakıda seminarların təşkil olunduğu barədə məlumat verən C.Kərimova gender layihəsi çərçivəsində hamilələr arasında sorğuların keçirildiyini, metodik tövsiyələrin hazırlandığını bildirdi.

İSİM-in direktoru Ceyhun Məmmədov altı klinik protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunduğunu diqqətə çatdırdı. Aprelin 2-də Ümumdünya autizm günü ilə əlaqədar İSİM-də təşkil olunmuş “Autizm spektr xəstəlikləri” mövzusunda dəyirmi masadan söhbət açan direktor iştirakçıları aprelin 12-də fiziki aktivliklə bağlı festivalın, aprelin 15-də isə dəyirmi masanın keçiriləcəyi barədə məlumatlandırdı.

Təşkilatlararası iclasın bu dəfəki təqdimatını Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova edərək İctimai Birliyin yaranma tarixi və məqsədləri barədə geniş məruzə etdi: “Birgə və Sağlam İctimai Birliyi olaraq qurulduğumuz gündən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərlə işləyirik. Təşkilatımızın əsas məqsədi psixi sağlamlığın qorunmasına, psixi əlilliyi olan və bu səbəbdən xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların müalicə və reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək, psixi əlilliyi olan insanların hüquqlarını qorumaq, sosial bərabərlik təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması və sözügedən təşəbbüslərə qoşulmağa həvəsləndirməkdir.”

Məruzəçi həmçinin Birgə və Sağlam İctimi Birliyinin yarandığı gündən etibarən həyata keçirdiyi Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiyası Layihələri ilə bağlı maraqlı məqamları nəzərə çatdırdı.

Təqdimatın sonunda suallar ətrafında fikir mübadiləsi aparıldı.