• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2014

İSİM-in mütəxəssisləri tərəfindən Gəncədə Peyvənd otaqlarında fəaliyyət göstərən həkimlər üçün “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim və valideynlər arasında sorğu keçirildi

2014-cü il iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən Gəncə şəhər Səhiyyə İdarəsinin dəstəyi ilə Gəncədə Peyvənd otaqlarında fəaliyyət göstərən həkimlər üçün “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim keçirildi. Təlimi İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva və BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov apardı.

Gəncə şəhər Səhiyyə İdarəsinin baş pediatrı Azelma Dadaşova Gəncədə uşaqların sağlam inkişafı naminə görülən işlərdən, profilaktik tədbirlərdən və mütəmadi olaraq peyvəndin aparılmasından söhbət açdı.

Azərbaycan Respublikasının Milli peyvənd təqvimi, Azərbaycan Respublikasında istifadə olunan vaksinlər, bir sıra xəstəliklərin törədicisi olan pnevmokokkun yayılma coğrafiyası, risk qrupları və fəsadları, xüsusilə pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması ilə bağlı məlumat verilən təlimdə iştirakçılara İSİM tərəfindən hazırlanmış və çap edilmiş pnevmokokka dair kitabça paylanıldı. O cümlədən təlim keçmiş həkimlər tərəfindən valideynlər arasında pnevmokokk əleyhinə vaksinin tətbiqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə sorğu aparıldı.

Sorğu zamanı hava-damcı yolu ilə yayılan pnevmokokkun uşağın həyatında yarada biləcəyi təhlükələr, pnevmokokk infeksiyasının profilaktikası, pnevmokokk əleyhinə vaksin və peyvənddən sonra uşağın verə biləcəyi reaksiyalarla bağlı məlumatlar diqqətə çatdırıldı.

İSİM tərəfindən hazırlanmış Pnevmokokka qarşı peyvənd barədə valideynlər üçün məlumat kitabçası ilə valideynlər də tanış olduqdan sonra pnevmokokk əleyhinə vaksinin tətbiqi ilə bağlı sorğu anketini cavablandırdılar.

Sorğunun nəticələri gələcəkdə təhlil olunaraq aidiyyəti üzrə istifadə ediləcək.