İSİM-in mütəxəssisləri Türkiyədə keçirilən beynəlxalq səhiyyə forumlarında Azərbaycanı təmsil etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

13 MART 2015

İSİM-in mütəxəssisləri Türkiyədə keçirilən beynəlxalq səhiyyə forumlarında Azərbaycanı təmsil etdilər

2015-ci il martın 12-13-də Türkiyənin Ankara şəhərində Türkiyənin Sübutlu Təbabət Assosiasiyasının, Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyi və Sosial Təminat Nazirliyinin təşkilatçılığı ilə “4-cü Beynəlxalq Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Forumu”, “1-ci Avrasiya Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Forumu” və “Sübutlu Təbabət üzrə 2-ci Simpozium” keçirildi.

Türkiyə, Hollandiya, Qırğızıstan, Qazaxıstan, Böyük Britaniya, Fransa və Almaniyanın mütəxəssislərinin iştirak etdiyi forum və simpoziumda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri Şəhla İsmayılova və Nabil Seyidov təmsil etdilər. Ölkə nümayəndələrinin çıxışı zamanı İSİM-in mütəxəssisləri ən son səhiyyə texnologiyalarının tətbiqi və sübutlu təbabətin inkişafı istiqamətində Azərbaycanda görülən tədbirlərdən söz açdılar.

Bu beynəlxalq forum və simpoziumun təşkili Avropa və Orta Asiya ölkələri arasında sübutlu təbabətə dair ən yaxşı təcrübə və biliklərin mübadiləsi üçün mühüm platformadır. Sübutlu təbabətin inkişafı sahəsində Azərbaycanda son 8 ildə əldə olunmuş nailiyyətlər, xüsusilə İSİM tərəfindən hazırlanmış 90-dan çox klinik protokol və praktik tövsiyələr hazırda ölkənin həkimləri və tibb müəssisələri tərəfindən müxtəlif xəstəliklərin diaqnostikası, müalicəsi prosesində tətbiq edilməkdədir.