Uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə aparılmış sorğu üzrə yekun hesabatın təqdimatı oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

6 MART 2015

Uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə aparılmış sorğu üzrə yekun hesabatın təqdimatı oldu

2014-cü ilin noyabr-dekabr aylarında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakıda uşaqların icbari dispanserizasiyası ilə bağlı 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında sorğu həyata keçirilib. Tədqiqat “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən aparılıb. Tədqiqatın məqsədi dispanserizasiya çərçivəsində Bakı şəhərinin nümunəsində ölkədə orta və yuxarı məktəb yaşlı uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi idi. Sorğu anonim şəkildə aparılıb və respondentlərin konfidensiallığı tam qorunub. Sorğu vasitəsilə uşaqlar arasında icbari dispanserizasiyanın keçirilməsinə dair Dövlət Proqramı barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib.
Tədqiqat vasitəsilə uşaqların sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi də qiymətləndirilib. Bununla yanaşı, araşdırma ilə məktəb yaşlı uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin yayılması dərəcəsini, zərərli vərdişlərə səbəb olan risk faktorlarını müəyyən etmək mümkün olub.
Sorğu Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində Bakının 11 rayonu üzrə 50 tam orta məktəbdə təhsil alan 11-18 yaşlı uşaqları əhatə edib. Sorğuda cəmi 1446 şəxs iştirak edib. Onların 996 nəfəri uşaq, 400 nəfəri valideyn və 50 nəfəri pediatr olub.
2015-ci il martın 6-da İSİM-də aparılmış sorğu üzrə yekun hesabatın təqdimatı oldu.
İSİM-in direktoru Ceyhun Məmmədov sorğunun xüsusi əhəmiyyət daşıdığını vurğuladı: “2014-cü il üzrə uşaqların dispanserizasiyası, sağlamlıq vəziyyəti, qidalanması və fiziki aktivliyinə dair sorğu ölkədə ilk dəfə keçirilib. Sorğunun mahiyyətini uşaq və yeniyetmələrin, habelə onlarla işləyən böyüklərin davranışı, müxtəlif məsələlərə və vərdişlərə yanaşmasının öyrənilməsi təşkil edib.”
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin mütəxəssisi Nabil Seyidov sorğunun yekun hesabatını təqdim edərkən söylədi ki, “pediatrların böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür. Pediatrların əksəriyyəti əmindir ki, icbari dispanserizasiya vasitəsilə uşaqlar arasında xəstəliklərin erkən aşkar edilməsi və müalicəsini, xronik xəstəlikləri olan uşaqların isə dispanser müşahidəyə götürülərək davamlı müayinə və müalicəsini təmin etmək olar.”