26 FEVRAL 2015
Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində Mingəçevir, Gəncə və Şəkidə təlimçilər üçün təlim kursu keçirildi (VİDEO)
“Reproduktiv sağlamlığın tədrisi və təbliği” proqramı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqram çərçivəsində 2015-ci il fevralın 21-26-da Mingəçevir, Gəncə və Şəkidə təlimçilər üçün təlim kursu keçirildi. Hər biri iki gün davam edən təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Təlimlərin hər birində biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan 25 gənc müəllim iştirak etdi. Təlimlərdə əldə edilmiş təcrübə sayəsində müəllimlər tərəfindən gələcəkdə müvafiq olaraq, Mingəçevir, Gəncə və Şəkinin tam orta məktəblərinin şagirdləri üçün nümunəvi dərslərin təşkili planlaşdırılır.