“Tütünlə mübarizə yolları” mövzusunda praktiki təlim | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

12 MART 2010

“Tütünlə mübarizə yolları” mövzusunda praktiki təlim

2010-cu il 11-12 mart tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzində Blumberq Təşəbbüsü Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində “Tütünlə mübarizə yolları” mövzusunda 2 günlük praktiki təlim keçirildi.

Məşğələlər Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndəsi Gülnarə Axundova tərəfindən aparıldı.

Tədbirin I günündə, təlimin formatı təqdim edildikdən sonra dünyada tütün epidemiyası, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən ümumi statistik məlumatlar iştirakçıların diqqətinə çatdırıldı. Daha sonra isə “rəqibinlə mübarizə etmək üçün onu yaxından tanı” devizi ilə iştirakçıların diqqətini cəlb edən təlimçi tütünün yaranma tarixi, növləri və marketinq gücü barəsində iştirakçılara ətraflı məlumat verdi. Daha sonra iştirakçılar “məlumatlandırma”, “qanun” və “bazar” adlı üç qrupa bölünərək tütünlə mübarizəni müxtəlif aspektlərdən müzakirə edib bu barədə birgə rəylərini təqdim etdilər.

Tədbirin II günündə isə təlimçi tütünlə mübarizədə ictimai vəkilliyin və davranışın dəyişdirilməsində kommunikasiyanın rolu barədə iştirakçıları məlumatlandırdı. Daha sonra iştirakçılar qruplara bölündü və onlara tütünlə mübarizə sahəsində hər hansı problemə dair məqsədlərini müəyyənləşdirmək və ona uyğun fəaliyyət planını hazırlamaq tapşırıldı. Qrup işləri təqdim olunduqdan sonra fəaliyyət planlarının güclü və zəif cəhətləri müzakirə olundu.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundu.

Təlimdə Vergilər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı, İqtisadi Tədqiqatlar Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzin, Sağlamlığa Çağırış Alyansı, Həkim Təbib və Tələbələr Birliyi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndələri və o cümlədən 4 saylı məktəbin müəllimi iştirak etdi.