İSİM-in direktoru Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş Sağlamlıq siyasəti – 2020 üzrə Subregional Müşavirədə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 DEKABR 2014

İSİM-in direktoru Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş Sağlamlıq siyasəti – 2020 üzrə Subregional Müşavirədə iştirak etdi

2014-cü il noyabrın 27-28-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə Sağlamlıq siyasəti – 2020 üzrə Subregional Müşavirə keçirildi. Müşavirənin keçirilməsində məqsəd Sağlamlıq siyasəti – 2020-nin əsas prinsiplərinin tətbiqi üzrə beynəlxalq təcrübənin bölüşdürülməsi və gələcək addımların müəyyən edilməsi idi. Mərkəzi Asiyanın beş ölkəsinin və Avropanın dörd ölkəsinin nümayəndəsinin iştirak etdiyi müşavirədə ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil etdi.

Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rumıniya, Tacikistan, Türkmənistan və Türkiyənin mötəbər təşkilatlarının nümayəndələrinin dəvət aldığı müşavirədə Səhiyyə Nazirliklərinin rəhbər şəxsləri, mütəxəssisləri, Tibb Universitetlərinin nümayəndələri və səhiyyə təşkilatlarının rəhbərlərinin iştirakı ilə səhiyyə sahəsində ümumi prioritet mövzular, Sağlamlıq siyasəti – 2020 üzrə prinsiplərin reallaşdırılmasında əldə edilmiş təcrübələr və bu təcrübələrin subregional ölkələrdə konkret şərtlər daxilində tətbiqi ilə bağlı müzakirələr aparıldı, gələcək addımlar müəyyən edildi.

Dialoq formatında keçən müşavirədə əsas diqqət səhiyyənin və əhalinin rifahı üzrə milli sektorlararası strategiyanın reallaşdırılması, monitorinqi və qiymətləndirilməsi, yeni mexanizm və yanaşmaların tətbiqi ilə regionda Sağlamlıq siyasəti – 2020 üzrə əsas vəzifələrə nail olmaq istiqamətində mövzulara çəkildi. Müşavirə çərçivəsində səhiyyə siyasəti üzrə regionda vəziyyət barədə ölkə nümayəndələrinin praktik nümunə və məruzələri dinlənildi.

İSİM-in direktoru Ceyhun Məmmədovun “Sağlamlıq siyasəti – 2020-nin həyata keçirilməsi kontekstində ictimai səhiyyə probleminə vahid dövlət yanaşması nəzəriyyəsinin Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi ölkə nümayəndələri tərəfindən maraqla qarşılandı. Azərbaycanın ötən il ərzində gələcək inkişaf üçün nəzərdə tutulmuş məqsədlərə çatmaq istiqamətində bir sıra milli müzakirələrin təşkilində fəal iştirak etdiyini vurğulayan direktor Azərbaycanda 2020-ci ilə qədər olan mərhələdə dövlət inkişafının prioritet məqsədləri sistemində Sağlamlıq siyasəti – 2020-yə inteqrasiya təcrübəsi barədə fikirlərini bölüşdü.

Məruzədə əhalinin sağlamlığının qorunmasında vahid dövlət yanaşmasının bariz nümunəsi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən söhbət açan C.Məmmədov bu siyəsətin Sağlamlıq siyasəti – 2020-nin əsas prinsiplərində də əks olunduğunu nəzərə çatdırdı.

Məruzə əsnasında direktor ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqlar və yeniyetmələr arasında profilaktik müayinələrin və dispanserizasiyanın keçirilməsi, eləcə də iş şəraitinin yaxşılaşdırılması və əməyin qorunması, əhali arasında zərərli vərdişlərlə mübarizə istiqamətində qəbul olunmuş dövlət proqramlarının da ictimai səhiyyənin inkişafına dəstək olduğunu diqqətə çatdırdı. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiya ilə bağlı məlumat verən C.Məmmədov Konsepsiyada həmçinin infeksion xəstəliklərlə bağlı lazımi ölçülərin götürülməsinə dair tədbirlərin nəzərdə tutulduğunu bildirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan və Sağlamlıq siyasəti – 2020 ilə səsləşən digər prioritet mövzulardan da söhbət açan direktor mövcud sənədin nəzəri xarakter daşıdığını, müxtəlif dövlət proqramlarının reallaşmasında baza rolunu oynadığını vurğulayaraq, Sağlamlıq siyasəti – 2020-nin Azərbaycanda uğurlu tətbiqinə ümid bəslədiyini söylədi.

Məruzələr əsasında plenar müzakirələrdə ölkə nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirildi, beynəlxalq təşkilatlarla gələcək əməkdaşlıq dəstəkləndi, müşavirənin gələcək fəaliyyətin effektli aparılması üçün vacib əhəmiyyəti vurğulandı. Plenar müzakirələrin sonunda regionda səhiyyənin inkişafı məqsədilə təklif və tövsiyələr dinlənildi.