İSİM-in ixtisaslaşmış peşəkar təlimçiləri tərəfindən “Təmiz Binəqədi” layihəsi çərçivəsində təşkil olunan “Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda silsilə təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 NOYABR 2014

İSİM-in ixtisaslaşmış peşəkar təlimçiləri tərəfindən “Təmiz Binəqədi” layihəsi çərçivəsində təşkil olunan “Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda silsilə təlimlər keçirildi

Müasir dünyada gigiyenik qaydalara riayət edilməsi ilə bağlı problemin həlli mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsini tələb edir. Gigiyenik təhlükələrin qarşısının alınması üçün xüsusilə gənclər arasında gigiyena qaydalarının təbliğatının aparılması vacibdir. Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyilə “Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir” şüarı altında keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən “Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda silsilə təlimlərin hədəfi məktəblilərin maarifləndirilməsi və onlara gigiyenik səhvlərin zərərli tərəflərinin izah edilməsidir. Layihənin həyata keçirilməsində məqsəd hər bir şəxsin, xüsusilə də gənclərin yeniyetmə yaşında maarifləndirilməsi ilə nəticədə cəmiyyətin sağlam əsaslar üzərində inkişafına nail olmaqdır.

2014-cü il noyabrın 3-də Bakının Binəqədi rayonunda yerləşən 32 orta ümumtəhsil müəssisəsinin 8, 9 və 10-cu sinif şagirdləri üçün “Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda silsilə təlimlərə başlanıldı. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon İcra Hakimiyyəti, AR Təhsil Nazirliyi, AR Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və NİCOS şirkətinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə təlimçi qismində İSİM-in nümayəndələri Səbinə Babazadə və Pərvin Quliyeva, YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, HB.Co LTD Klinikasının informatoru Nahidə Mahmudova iştirak etdilər.

İnteraktiv formada keçirilən təlimlərin ilk günündə gigiyenik səhvlərin nəticələri və insan sağlamlığına vurduğu zərərlər izah edildi, gigiyenik qaydalara əməl etməklə, bir sıra xəstəliklərə yoluxma riskinin azaldılması ilə bağlı müxtəlif slaydlar təqdim edildi. Eyni zamanda Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şagirdlər arasında əldə olan mikrobların miqdarını müəyyənləşdirməklə müvafiq statistikanın aparılması üçün laborator sınaqlar təşkil olundu və alınan nəticələr müqayisə edildi.

Təlimin sonunda şagirdlərin fəal iştirakını təmin etmək məqsədilə müzakirə formatında keçirilən şifahi sorğular və müxtəlif nominasiyalar üzrə müsabiqələr maraqla qarşılandı. NİCOS şirkəti tərəfindən oğlanlar və qızlar üçün xüsusi gigiyenik vasitələrdən ibarət hədiyyə dəstləri təqdim olunmaqla, ekoloji təmizliyin və abadlığın qorunması, təmizliyə hər zaman riayət etmələri təbliğ olundu, şəxsi gigiyena (əllərin gigiyenası, ağız boşluğunun gigiyenası, dərinin gigiyenası, saçların gigiyenası, ayaqların gigiyenası, dırnaqların gigiyenası, geyim və şəxsi əşyaların gigiyenası), eləcə də öz yaşadıqları, təhsil aldıqları, işlədikləri ərazilərin təmiz saxlanılmasının vacibliyi və bunların insan sağlamlığı üçün faydaları aşılandı.

Gənc nəslin sağlamlığının qorunması, onların zərərli vərdişlərdən uzaq saxlanılması istiqamətində keçirilən təlimlər bir həftə müddətində davam edəcək.