• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

18 OKTYABR 2014

Rusiya Federasiyasının paytaxtı Moskvada Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin konfransının altıncı sessiyasında Azərbaycan təmsil edildi

2014-cü il oktyabrın 13-18-də Rusiya Federasiyasının paytaxtı Moskvada Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəflərinin konfransının altıncı sessiyası keçirildi.

179 üzvün daxil olduğu Konvensiyanın rəhbər orqanında mütəmadi olaraq, konvensiyanın həyata keçirilmə məsələlərinə baxılır, fəaliyyətin davamı məqsədilə protokollar qəbul olunur. Hazırkı sessiyanın məqsədi tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması, tütünə tələbatın azaldılması və tüstüsüz tütün və elektron siqaretlər kimi yeni tütün məmulatlarının istehsalı ilə mübarizə üzrə vergi ölçüləri ilə bağlı suallara aydınlığın gətirilməsi idi. Konfransın işində Azərbaycanın nümayəndə heyəti tərkibində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov da iştirak etdi.

Sessiyanın açılışında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin hazırladığı gündəlik və təşkilati məsələlər təsdiqləndi.

İştirakçıların səlahiyyətləri müəyyən olunduqdan sonra ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin rəhbərinin çıxışı iştirakçıların müzakirəsi ilə davam etdi.

Konfrans çərçivəsində “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokol ilə bağlı məsələlər, tütünə nəzarət (vergi, qiymətlər, qeyri-qanuni ticarət), yeni tütün məmulatlarının istehsalı ilə mübarizə və tütünçəkmənin dünyada yayılmasına xəbərdarlığın edilməsi ilə bağlı məruzələr səsləndirildi. Konfrans çərçivəsində tütün məmulatlarının satışı və sağlamlıq məsələləri, tütün tüstüsünün təsirindən qorunmağa dair qanunvericiliyin tətbiqi problemlərinə nəzər yetirildi, bu problemlərin həlli yolları müzakirə edildi. İşçi qrupun “Tütün becərilməsinin iqtisadi tərəfləri”, “Tütün məmulatlarının tərkibinin nizama salınması”, “ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinin yaxşılaşdırılması üzrə davamlı tədbirlər” mövzularında məruzələri maraqla qarşılandı. Eləcə də ÜST-nin Çərçivə Konvensiyasının fəaliyyətinin qiymətləndirilməsi zamanı qarşıya çıxan problemlərin həlli yolları araşdırıldı, davamlı işlərin görülməsi üçün gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı.

Ümumi müzakirələr zamanı İSİM-in direktoru Ceyhun Məmmədov da məruzə ilə çıxış etdi. Çərçivə Konvensiyasının Azərbaycanda qəbul olunmasından sonra ölkəmizin tütünlə mübarizə üzrə məqsədyönlü siyasətdə fəal iştirakından söhbət açan C.Məmmədov tütünçəkmə ilə mübarizənin Azərbaycan səhiyyəsi qarşısında duran prioritet məsələlərdən biri olduğunu vurğuladı. 2012-2013-cü və 2014-2015-ci illərin büdcə və iş planının həyata keçirilməsi, 2016-2017-ci illərin maliyyə dövründə büdcə və iş planı ilə bağlı məruzələr edən ölkə nümayəndələrinin əhali arasında tütündən istifadənin səviyyəsi barədə məlumatları iştirakçılarda maraq doğurdu. Konfransın sonunda Tərəflərin Konfransının 7-ci sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdirildi, sədr və sədrin beş müavini seçildi və Tərəflərin Konfransının 6-cı sessiyasının ilkin məruzəsi təsdiq edildi.

Ölkə nümayəndələri tütün sənayesindən maliyyənin əldə edilməsi təhlükəsi ilə mübarizədə ən yaxşı təcrübənin tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığı dəstəklədiklərini, konfransın gələcək fəaliyyətin effektli və konstruktiv aparılması üçün vacib əhəmiyyətini vurğuladılar.