İSİM-də beynəlxalq ekspertin iştirakı ilə “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Vahid Səhiyyə İnformasiya Sisteminin hazırlanması”na dair maraqlı tərəflər üçün seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 SENTYABR 2014

İSİM-də beynəlxalq ekspertin iştirakı ilə “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Vahid Səhiyyə İnformasiya Sisteminin hazırlanması”na dair maraqlı tərəflər üçün seminar keçirildi

Beynəlxalq ekspert, elektron səhiyyə üzrə memarı İon Stançunun Azərbaycana səfəri çərçivəsində 2014-cü il sentyabrın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İmmunlaşdırma üzrə Qlobal Alyansın maliyyələşdirdiyi və İSİM tərəfindən həyata keçirilən “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Vahid Səhiyyə İnformasiya Sisteminin hazırlanması”na dair maraqlı tərəflər üçün seminar keçirildi.

Seminarda Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi, Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İSİM-in nümayəndələri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi, bu layihə çərçivəsində görülən fəaliyyət və seminarın keçirilmə məqsədi barədə məlumat verdi: “Bu günkü seminarın məqsədi səhiyyə məlumat sisteminin gücləndirilməsi üçün mövcud elektron səhiyyə sisteminin qiymətləndirilməsi, elektron səhiyyə sisteminin qarşısında duran əsas problem və maneələrin müəyyən edilməsi və onların həllinə dair təkliflərin hazırlanması ilə layihənin uğurlu icrasına nail olmaqdır.”

Layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarovun moderatorluğu ilə keçirilən seminarda daha sonra söz SN Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadəyə verildi. İSİM-in layihədə xüsusi fəallığını vurğulayan C.Əsədzadə layihənin vacib əhəmiyyət daşıdığını bildirdi. Əhalinin elektron səhiyyə xidmətlərindən səmərəli istifadəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman diqqətində olduğunu vurğulayan C.Əsədzadə “Azərbaycanda elektron səhiyyə” mövzusunda təqdimatla geniş məruzə etdi. Təqdimatda səhiyyənin elektronlaşdırılması istiqamətində gerçəkləşdirilmiş layihələr, təqdim edilən elektron xidmətlər, “Elektron səhiyyə” portalı, Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi, Yenidoğulmuşların vahid elektron registri, Tibbi Müayinə Kartı Sistemi barədə geniş məlumat verildi. Həmçinin Respublika Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi, Vahid Qan Bankı Sistemi, elektron tibbi registrlər, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının avtomatlaşdırılması ilə bağlı maraqlı məqamlardan söhbət açıldı. “Azərbaycanda elektron səhiyyənin inkişaf və texnologiya strategiyası” mövzusunda elektron səhiyyə üzrə memar İon Stançu təqdimat etdi. Elektron səhiyyənin inkişaf strategiyası, arxitekturası, elektron səhiyyədə istifadə olunan müasir texnologiyalar, texnoloji standartlar haqqında bəhs edilən təqdimatda həmçinin elektron səhiyyənin təşkili məsələləri, hüquqi aspektləri də nəzərə çatdırıldı.

Digər ölkələrin elektron səhiyyə sistemi ilə müqayisələr aparan İ.Stançu Azərbaycanda səhiyyənin elektronlaşdırılması istiqamətində öz tövsiyələrini verdi. Tövsiyələr, seminar müzakirələri və sual-cavablar layihənin uğurlu həyata keçirilməsi yönündə layihə iştirakçılarına yeni təcrübə qazandırdı.