İSİM-də “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü” mövzusunda dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 SENTYABR 2014

İSİM-də “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü” mövzusunda dəyirmi masa keçirildi

21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP-nin) 4.10-cu bəndində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” təsbit olunub.

MFP-nin 4.10-cu bəndini əsas tutaraq, “Sülh aylığı” çərçivəsində 2014-cü il sentyabrın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Beynəlxalq Sülh Günü” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov hər il respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində İnsan hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyini və geniş səpkidə tədbirlərin təşkil olunduğunu diqqətə çatdırdı: “1981-ci ildən etibarən dünyada qeyd olunan “Sülh günü”nün keçirilməsi müharibə həyatını keçmiş və hazırda sülh şəraitində yaşayan Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. “Beynəlxalq Sülh Günü” nəinki xalqlar arasında, həmçinin cəmiyyətdə, ailələrdə də zorakılığın qarşısının alınmasına nail olmaq məqsədini daşıyır.

“Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər barədə BMT-yə, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq təşkilatlara müraciətlər və bəyanatların ünvanlandığını bildirən İSİM-in Kadrlar şöbəsinin müdiri Aris Rüstəmovun çıxışından sonra təqdimatlar oldu.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Elnarə Əliyeva “Beynəlxalq Sülh Günü” mövzusunda məruzə etdi. “Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə nəzər salan E.Əliyeva ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən zəruri tədbirlərin aparıldığını bildirdi. “Beynəlxalq Sülh Günü”nün keçirilməsinin vacibliyini vurğulayan məruzəçi çıxışını belə tamamladı: “Biz inanırıq ki, sülh mədəniyyəti bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacaq, gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacaqdır.” “Sülh və insan hüquqları” mövzusunda isə İSİM-in Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin hüquqşünası Nərgiz Müslümzadə təqdimat etdi. Təqdimatda şəxsiyyətin hüquqi statusu, şəxsiyyətin hüquqi statusunun özündə birləşdirdiyi insan hüquqları və vətəndaş hüquqları barədə məlumat verildi.

İnsan hüquqları (azadlıqları) və onların prinsiplərindən bəhs edən N.Müslümzadə hüquq və azadlıqların müdafiəsi yollarına da diqqəti çəkdi.

“Sülh və inkişaf” mövzusunda təqdimatında İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva Azərbaycan Respublikasının müstəqillik və sülh dövründə sosial, iqtisadi və mədəni həyatında inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu, aparılan islahatların, görülən fəaliyyətin və qazanılmış uğurların buna bariz nümunə olduğunu nəzərə çatdırdı: “Bu gün dünya xəritəsinə baxaraq asanlıqla anlamaq olur ki, müharibə olan ölkələrdə inkişaf sıfıra bərabərdir. Hüquqların müdafiəsi, inkişaf, tərəqqi yalnız sülh və əmin-amanlıq şəraitində mümkündür.”

Sonda təqdimatlar ətrafında maraqlı fikir mübadiləsi aparıldı və dünyada, o cümlədən ölkəmizdə sülhün daim bərqərar olunması arzulandı.