“Siqaret çəkməkdənsə, FİLM çək!” devizi altında həyata keçən 2-ci “No Smoking” Film Festivalının qalibləri müəyyən olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 İYUN 2014

“Siqaret çəkməkdənsə, FİLM çək!” devizi altında həyata keçən 2-ci “No Smoking” Film Festivalının qalibləri müəyyən olundu

2014-cü il iyunun 17-də “Metropark” AVM-də yerləşən “Park Cinema”da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, AR Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyilə “ADDIM” Yaradıcı Gənclər Assosiasiyası tərəfindən artıq ikinci dəfə gerçəkləşən və “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “No Smoking Film Festivalı”nın qala gecəsi keçirildi.

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günündə keçirilən və Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvləri, dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, İSİM, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının nümayəndələrinin, həmçinin ölkənin tanınmış simalarının iştirak etdiyi mükafatlandırma mərasimində tütünçəkmə əleyhinə qisametrajlı filmlər nümayiş olundu.

“Siqaret çəkməkdənsə, FİLM çək!” devizi altında təqdim olunmuş filmlərin əsas məqsədi əhalinin diqqətini zərərli vərdiş olan tütünçəkmədən imtinaya yönəltmək idi. Filmlərin nümayişindən sonra “Eurovision” Mahnı Müsabiqəsi – 2011-in qalibi Eldar Qasımov və ukraynalı məşhur müğənni Andrey Yuretsin iştirakı ilə musiqi fasiləsi oldu. Daha sonra peşəkarların təmsil etdiyi münsiflər heyəti tərəfindən qaliblər müəyyən edildi.

Festival iştirakçıları diplomlarla təltif olundu. 1-ci “No Smoking” Film Festivalının qalibi Nərmin Knyazlı “Qran-Pri”ni Elçin Telmanoğluna təqdim etdi. Elvin Abdullayev “Ən yaxşı rejissor işi”, Fidan Cəfərova “Ən yaxşı aktyor işi”, İbrahim Baxşıyev “Ən orijinal film” və Cavanşir Eladisoy “Ən yaxşı ideya” nominasiyası üzrə qalib oldular.