• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 MAY 2014

İSİM-in mütəxəssisi tərəfindən Qubada Peyvənd otaqlarında fəaliyyət göstərən həkimlər üçün “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim və valideynlər arasında sorğu keçirildi

2014-cü il mayın 27-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən Qubada Peyvənd otaqlarında fəaliyyət göstərən həkimlər üçün “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim keçirildi. Təlimi İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva və BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov apardı.

Təlimdə Azərbaycan Respublikasının Milli peyvənd təqvimi, Azərbaycan Respublikasında istifadə olunan vaksinlər, bir sıra xəstəliklərin törədicisi olan pnevmokokkun yayılma coğrafiyası, risk qrupları və fəsadları, xüsusilə pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması ilə bağlı məlumat verildi.

Maraqlı məqamlarla yadda qalan təlimdə iştirakçılara İSİM tərəfindən hazırlanmış və çap edilmiş pnevmokokka dair kitabça paylanıldı.

Təlim keçmiş həkimlər tərəfindən valideynlər arasında pnevmokokk əleyhinə vaksinin tətbiqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə sorğu aparıldı.

Sorğu ərzində hava-damcı yolu ilə yayılan pnevmokokkun uşağın həyatında yarada biləcəyi təhlükələr, pnevmokokk infeksiyasının profilaktikası, pnevmokokk əleyhinə vaksin və peyvənddən sonra uşağın verə biləcəyi reaksiyalar barədə məlumatlar verildi.

Pnevmokokk infeksiyasına qarşı vaksinin peyvənd təqviminə əsasən aparıldığını nəzərə çatdıran həkimlər valideynləri düzgün qərar verməyə və övladlarının sağlamlığının keşiyində dayanmağa çağırdılar.

Valideynlərə İSİM tərəfindən hazırlanmış Pnevmokokka qarşı peyvənd barədə valideynlər üçün məlumat kitabçası paylanıldı və kitabça ilə tanış olan valideynlər pnevmokokk əleyhinə vaksinin tətbiqi ilə bağlı sorğu anketini cavablandırdılar.

Gələcəkdə sorğunun nəticələri təhlil olunacaq və aidiyyəti üzrə istifadə ediləcək.