• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

21 MART 2014

Macarıstanın Budapeşt şəhərində Avropa regionunda Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə seminar keçirildi

2014-cü il martın 18-21-də Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin və ÜST-nin Avropa regional bürosunun təşkilatçılığı, Macarıstan hökumətinin ev sahibliyi ilə Macarıstanın paytaxtı Budapeştdə Konvensiyanın həyata keçirilməsi üzrə regional seminar keçirildi.

Seminarın məqsədi regionda Konvensiyanın həyata keçirilməsini müzakirə və təbliğ etmək idi. Avropa ölkələrinin nümayəndələrinin iştirak etdiyi seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi. Seminar ÜST-nin Çərçivə Konvensiyasının ilk protokolu olan və yenicə qəbul edilmiş “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokol ilə bağlı məsələləri əhatə edirdi. Ölkə nümayəndələrinin xüsusi fəallığının müşahidə olunduğu seminarda regionda və beynəlxalq miqyasda ÜST-nin Çərçivə Konvensiyasının icra olunması və Konvensiya ilə bağlı əhəmiyyətli irəliləyişlər nəzərdən keçirildi. Həmçinin Konvensiyanın həyata keçirilməsi prosesində qazanılmış nailiyyətlər və qarşıya çıxan problemlər barədə ölkələrarası məlumat mübadiləsi aparıldı, ən uğurlu təcrübələr müəyyənləşdirildi.

Seminar Çərçivə Konvensiyasının, xüsusilə də onun rəhbər prinsiplərinin həyata keçirilməsi üçün mövcud olan vasitələri, ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının qəbul etdiyi hesabat sistemini nəzərdən keçirən ölkə nümayəndələrinə uğurlu təcrübələrin qarşılıqlı olaraq tətbiqinin və təbliği yollarının araşdırılması istiqamətində imkan qazandırdı. Seminar ərzində fokus qruplar və dəyirmi masalar təşkil olundu, ölkə nümayəndələri mövzu üzrə təqdimatlar etdilər. ÜST-nin Avropa regional bürosu tərəfindən Aşqabad Deklarasiyası da daxil olmaqla ümumi fəaliyyətləri əhatə edən təqdimatı maraqla qarşılandı. Tərəflərin 2014-cü il üzrə həyata keçirilmiş tədbirləri barədə hesabatları ətrafında suallara aydınlıq gətirildi. Seminarda həmçinin Konvensiyada təsbit olunmuş və Tərəflərin Konfransının mandatında göstərilmiş ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi üçün beynəlxalq və sektorlararası əməkdaşlıq, resurslar və yardım mexanizmləri müzakirə edildi.

Sonda “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokolunun ratifikasiyasının və qüvvəyə minməsinin təşviqi məqsədilə Protokol barədə maarifləndirmə işlərinin genişləndirilməsi vasitələrindən söhbət açıldı, əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi yollarına nəzər yetirildi.