İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 MART 2014

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2014-cü il martın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, Rostropoviç-Vişnevskaya Fondu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak etdilər.

İclası giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları qarşıdan gələn “Novruz bayramı” münasibətilə ürəkdən təbrik etdi, işlərində uğurlar arzuladı. Daha sonra nümayəndələrin məruzələri oldu.

Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov martın 4-7-də keçirilmiş QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Direktorlar Şurasının 31-ci İclası barədə məlumat verdi. Həmin İclasda 12 qərarın qəbul edildiyini, 140-a yaxın ölkəyə gələcəkdə maliyyə yardımının ediləcəyini, Qlobal Fondun layihə təklif etmə hüququna malik ölkələri sırasında Azərbaycanın da 2015-ci ildə vərəm və İİV-lə bağlı layihə təqdim edəcəyindən bəhs etdi. Həmçinin martın 18-21-də Türkiyənin Antalya şəhərində immunlaşdırma proqramı üzrə seminarın təşkil olunacağını, seminarda yeni peyvəndlər barədə ÜST-nin tövsiyələri əsasında müzakirələrin aparılacağını bildirdi.

Mərkəzin fəaliyyəti ilə bağlı hesabatların hazırlanılması prosesinin artıq sona çatdığını deyən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov Dublin Deklarasiyası üzrə də hesabatların hazırlanmasından söhbət açdı.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova Cəmiyyətin 94-cü ildönümü münasibətilə təşkil olunmuş tədbirlər, humanitar yardımlar, qanvermə aksiyaları və ahıllarla görüşlər barədə ətraflı məlumat verdi. Eləcə də Cəmiyyətin yerli donor təşkilatı olan “12 May” təşkilatı ilə müqavilə bağlayaraq tədbirlər keçirdiyini nəzərə çatdırdı.

Azərbaycana Birgə Yardım Təşkilatının layihə koordinatoru Aysel Aslanova üç illik layihə çərçivəsində Uşaq İnkişafı Mərkəzinin yaradıldığını və alternativ ünsiyyət metodikasına əsaslanaraq 7 yaşına qədər uşaqlarla gündəlik həyat bacarıqlarının inkişafına nail olacaqlarını vurğuladı.

BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Gənclər və İdman Nazirliyi ilə birgə yaradılmış QİÇS əleyhinə maarifləndirmə saytının gənclər arasında böyük maraq doğurduğunu qeyd etdi. Məruzəçi Azərbaycan Milli Paralimpiya Komitəsi və digər qeyri-hökumət təşkilatları ilə birgə martın 10-11-də keçirilmiş Əlilliyi olan uşaqlara qarşı stiqmanın azaldılmasına dair tədbirlə bağlı da məlumat verdi.

ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova martın 13-14-də ÜST-nin Baş və Regional ofisinin dəstəyilə Azərbaycanda İşçi Qrupun təşkil olunacağından bəhs etdi. Məruzəçi Vərəm proqramı üzrə “Yaşı işıq” komitəsi vasitəsilə ekspertlərin dəvət ediləcəyini, QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fondun dəstəyilə “Risk qrupları arasında epidemioloji nəzarət” üzrə tədqiqatın keçirilməsinin planlaşdırıldığını, eləcə də vərəmlə mübarizə istiqamətində tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.

Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş təqdimat edən Cəmiyyətin baş katibi Gülay Babayeva Cəmiyyətin yaranması, strukturu, təşkil edilən tədbirləri ilə bağlı məlumat verdi. “Azərbaycan-Alman Tibb Günləri”, tibbi təlim kursları, Cəmiyyətin nəzdində yaradılmış Azərbaycan Cərrahlar Klubu haqqında söhbət açılan təqdimatın sonunda iştirakçılara Cəmiyyətin Azərbaycan Tibb Xəbərləri Bülleteni paylanıldı.

Sonda məruzələr əsasında fikir mübadiləsi aparıldı.