İSİM-də Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu-2011-in keçirilməsi üzrə İşçi Qrupun yekun görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 DEKABR 2013

İSİM-də Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu-2011-in keçirilməsi üzrə İşçi Qrupun yekun görüşü keçirildi

Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) çərçivəsində əhali, sağlamlıq və qidalanma göstəriciləri üzrə məlumat toplanılır. Milli səviyyədə keçirilən bu tədqiqat əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatla təmin edir. 1984-cü ildən dünyanın 85 ölkəsində 240-dan artıq DSS həyata keçirilib.

2013-cü il dekabrın 27-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasında DSS-2011-in keçirilməsi üzrə İşçi Qrupun yekun görüşü keçirildi. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ), Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin nümayəndələri iştirak etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq görüşün keçirilməsinin məqsəd və vəzifələrini sadaladı: “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq həyata keçirilmiş DSS-2011-in Yekun Hesabatı hazırlanılıb. Görüşün keçirilməsində məqsəd DSS-2011 üzrə həmin sənədin İşçi Qrupuna təqdimatıdır.”

DSS-2011-in 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş eyniadlı sorğuda istifadə olunmuş metodologiyaya əsaslandığından bəhs edən direktor bu üsulun eyni metodologiya əsasında keçirilmiş sorğuların nəticələrinin müqayisəsinə imkan yaratdığını bildirdi. 2001-ci ildə keçirilmiş Reproduktiv sağlamlıq haqqında sorğu və 2010-cu ildə aparılmış qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqatı misal çəkən C.Məmmədov DSS-in nəticələrinə əsaslanaraq öyrənilən sahələrdə bütün əsas göstəricilər üzrə müsbət dinamikanın müşahidə olunduğunu vurğuladı: “Demoqrafiya və Sağlamlıq Sorğusundakı indikatorların gələcəkdə ölkənin digər hesabatlarında da əks olunmasına ümid edirik. DSS-2011-in Yekun Hesabatının gələcəkdə ingilis dilində də çapı nəzərdə tutulur.”

DSS-2011-in nəticələrini özündə əks etdirən Yekun Hesabatı DSS-2011-in koordinatoru Töhfə Cəmilova təqdim etdi. Təqdimatda sorğunun keçirilmə prosesi, metodikası, sorğu alətləri, respondentlərin təhsil səviyyəsi, məşğulluq və evlilik statusu, kontrasepsiyadan istfadə səviyyəsi, hamiləliyin nəticələri, körpə və uşaq ölümü göstəricilərinin dinamikası, qadınların və uşaqların qidalanma statusu, İİV/QİÇS-ə yoluxmadan qorunma üsulları və İİV/QİÇS-in ötürülməsi ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi barədə məlumat verildi.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva və başqaları Demoqrafiya və Sağlamlıq Sorğusunun keçirilməsində əməyi olanlara dərin minnətdarlıqlarını bildirdilər və DSS-in nəticələrinə ölkə səhiyyəsində irəliləyişlərin müşahidə olunduğunu diqqətə çatdırdılar.