• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 DEKABR 2013

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2013-cü il dekabrın 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), Rostropoviç-Vişnevskaya Fondu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) və Xəzər Qayğıkeşlik Layihəsinin nümayəndələri iştirak etdilər.

İştirakçıları salamlayaraq onları qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən İSİM-in direktoru Ceyhun Məmmədov noyabrın 21-də İSİM və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının birgə layihəsi çərçivəsində “Ümumdünya yol qəzaları qurbanlarının Xatirə Günü”nə həsr olunmuş və noyabrın 25-də Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı keçirilmiş tədbirlər barədə məlumat verdi. Həmçinin 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində İSİM və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən QİÇS-lə mübarizəyə dair üç maarifləndirici bukletin, eləcə də təqvimin çap edilərək əhali arasında paylanıldığını bildirdi.

Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyası layihəsinin hazırlanmasından, Nazirlər Kabinetinə və müvafiq qurumlara rəy üçün təqdim olunmasından bəhs edən C.Məmmədov dekabrın 3-4-də Türkmənistanın Aşqabad şəhərində keçirilmiş ÜST-nin Avropa Regional Konfransında Səhiyyə siyasəti vəziyyəti–2020 kontekstində Aşqabad deklarasiyasının yekdilliklə qəbul olunub imzalandığını, tütünə qarşı mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasının reallaşdırılmasında qüvvələrin fəallaşdırılması və 2040-cı ilə kimi Avropanın tamamilə tütün tüstüsündən azad məkana çevrilməsi üçün daha cəsarətli məqsədlər, vəzifələr və qarşıya çıxa biləcək maneələrin həlli yollarının müzakirə edildiyini nəzərə çatdırdı. O cümlədən oktyabrın 29-31-də İsveçrənin Cenevrə şəhərində Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsinə dair davamlı tədbirlər üzrə İşçi Qrupun görüşündə iştirak etdiyini və görüşün kifayət qədər uğurlu olduğunu vurğuladı.

Klinik protokolların tərtibi prosesinin getdiyini, bir neçə protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunduğunu, Dövlət Proqramı çərçivəsində İSİM-in əməkdaşları tərəfindən sağlam həyat tərzinin təbliği məqsədilə orta məktəblərdə, məişət zorakılığı ilə bağlı ali məktəblərdə mühazirələrin aparıldığını deyən direktor Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı hesabatın yaxın günlərdə İşçi Qrupa təqdim ediləcəyini, yanvarda isə konfrans çərçivəsində geniş təqdimatının olacağı ilə bağlı iştirakçıları məlumatlandırdı.

BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov dekabrda erkən müdaxilə ilə bağlı dəyirmi masanın təşkil olunduğunu diqqətə çatdırdı. Eləcə də BMT-nin Uşaq Fondu tərəfindən pnevmokokk infeksiyası əleyhinə vaksinlərin ölkəyə gətirilmə prosesinin birinci mərhələsinə başlanıldığını vurğuladı.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar regionlarda əhalinin maarifləndirilməsi məqsədilə aksiyaların keçirildiyini və bu tədbirlərin hazırda da davam etdirildiyini bildirdi.

Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus iki layihə çərçivəsində çəpgözlüklə bağlı əməliyyatların həyata keçirildiyi, 150-yə yaxın insanın müayinə olunduğu, 50-yə yaxın insana eynəyin verildiyi barədə söhbət açdı.

Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov martın 1-dən rəsmi olaraq, Qlobal Fondun Direktorlar Şurasının Maliyyə Komitəsinə Azərbaycanın 2014-cü il mart ayından iki il ərzində sədrlik edəcəyi, 2016-cı ildən isə Azərbaycanın Qlobal Fondun Direktorlar Şurasına üzv namizədliyinin irəli sürüləcəyi ilə bağlı məlumat verdi.

Üç illik layihə çərçivəsində Uşaq İnkişafı Mərkəzinin yaradılacağını, təlimlərin keçirilməsi üçün Norveç və Danimarkadan təlimçilərin dəvət olunacağını bildirən Azərbaycana Birgə Yardım Təşkilatının layihə koordinatoru Aysel Aslanova əsasən alternativ ünsiyyət metodikasına əsaslanaraq 7 yaşına qədər uşaqlarla gündəlik həyat bacarıqlarının inkişafına nail olmağı planlaşdırdıqlarını qeyd etdi.

Elm, təhsil, səhiyyə ilə bağlı maarifləndirmənin aparılmasında fəaliyyət göstərən Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin rəhbəri Sərdar Yusifoğlunun təşkilatın yaranması, hazırkı fəaliyyəti və “Ekologiyanın sağlamlığa vurduğu zərər” layihəsi barədə çıxışı ətrafında fikir mübadiləsi aparıldı.