“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Polis Akademiyasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə görüş keçirildi. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 NOYABR 2013

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Polis Akademiyasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə görüş keçirildi.

25 noyabr 2013-cü il tarixində Polis Akademiyasının I kurs müdavimləri və müəllim-zabit heyəti ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda görüşü keçirildi. Görüşü giriş sözü ilə Tibb-sanitariya hissəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev açdı. O, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən inkişaf proqramları, o cümlədən uğurlu islahatlar aparılan səhiyyə, təhsil və sağlam gənclik barədə məlumat verdi. Sonra söz İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekologiya üzrə menedceri Samir Əfəndiyevə verildi. Samir Əfəndiyev “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda prezentasiya ilə çıxış etdi. Çıxış zamanı tütünün insan orqanizminə zərəri, dünyada və Azərbaycanda tütünçəkmə ilə mübarizə üsulları, tütünçəkmədən ölən və xəstələnənlərin statistikası barədə geniş məlumat verildi. Rezident Türkan Mehidinova tərəfindən slaydlar və qısa video görüntülər nümayiş etdirildi, müdavimləri maraqlandıran suallar cavablandırıldı.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.