• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2013

İSİM-in əməkdaşları Gürcüstanda keçirilmiş “Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Beynəlxalq Konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin və Moldovanın təcrübəsi və gələcək addımlar” mövzusunda regional konfransda iştirak etdilər

2013-cü il dekabrın 12-13-də Gürcüstanın Tbilisi şəhərində “Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Beynəlxalq Konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin və Moldovanın təcrübəsi və gələcək addımlar” mövzusunda regional konfrans keçirildi. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisi tərəfindən təşkil olunmuş konfransda Gürcüstan, Azərbaycan, Moldova və Ermənistanın hökumət, parlament, milli insan hüquqları institutlarını, eləcə də qeyri-hökumət sektorunu təmsil edən nümayəndələr iştirak etdilər.

Konfransın məqsədi Əliliyi olan Şəxslərin Hüquqlarına dair Beynəlxalq Konvensiyanın həyata keçirilməsinə hazırlıq çərçivəsində Cənubi Qafqazın üç ölkəsi, eləcə də Moldova tərəfindən atılmış ilkin addımların nəzərdən keçirilməsi, praktik informasiya mübadiləsinin aparılması, ən qabaqcıl təcrübələrin bölüşdürülməsi və konfransdan sonra əməkdaşlığın davam etdirilməsi, qlobal təcrübə əsasında Konvensiyanın həyata keçirilməsinə dair ideyalar vermək iqtidarında olan beynəlxalq ekspertlərlə tanışlığa imkan yaradılması idi.

Azərbaycanın nümayəndə heyətinin üzvləri: Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və menecer Aytəkin Əsgərova və başqaları konfrans çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində ölkəmizdə həyata keçirilən işlər barədə iştirakçılara ətraflı məlumat verərək bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əməkdaşlığın perspektivlərinə həsr olunmuş müzakirələrdə fəal iştirak etdilər. Azərbaycanın Əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq Konvensiyaya 2008-ci ildən üzv olduğu, Konvensiyadan irəli gələn bir çox məsələləri həll etdiyi və ölkənin qanunvericiliyində qarşıya qoyulan tələblərin əksəriyyətinin öz əksini tapdığı barədə konfrans iştirakçılarına verilən məlumatlar böyük marağa səbəb oldu. Həmçinin qarşıda dayanan vəzifələr sadaladı, Azərbaycanın inkişafı yönümündə reallıqların diktə etdiyi vəzifələr və onların uğurlu icrası istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı söhbət aparıldı. Konfransda ölkəmizdə sosial sahədə həyata keçirilən islahatların səmərəli nəticələrinin işə yeni stimul verməsi xüsusi vurğulandı.

Konfrans çərçivəsində Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyalara baxış, Tibbi Modeldən Sosial Modelə doğru, əlilliyi olan şəxslərin hüquqları haqqında beynəlxalq konvensiyaların həyata keçirilməsi üzrə milli qanunvericilik bazaları istiqamətində ölkə təqdimatları oldu.