• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

23 OKTYABR 2013

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2013-cü il oktyabrın 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin İİV-lə birgə Mübarizə Proqramının Azərbaycan nümayəndəliyi (UNAİDS), Rostropoviç-Vişnevskaya Fondu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və Azərbaycan Pediatrlar Assosiasiyasının nümayəndələri iştirak etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları ölkəmizin həyatında əlamətdar hadisə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində növbəti inamlı qələbəsi münasibətilə ürəkdən təbrik etdi.

İSİM-in fəaliyyətinə gəlincə, C.Məmmədov Demoqrafiya və Sağlamlıq Sorğusunun ilkin hesabatının Səhiyyə Nazirliyinə təqdim edildiyini və rəyin gözlənildiyini nəzərə çatdırdı. Həmçinin VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində hamilə qadınların registri və ölkədə uşaqların immunlaşdırma pasportu üzrə 2 konsepsiyanın hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunduğundan bəhs etdi. Eləcə də “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” proqramı çərçivəsində fəaliyyətin davam etdirildiyini bildirdi. Direktor bir neçə klinik protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunduğu və yeni protokollar üzərində işlənildiyi ilə bağlı məlumat verdi. Rezidentura proqramı çərçivəsində İSİM-ə 2 həkim-rezidentin qəbul olunduğunu nəzərə çatdırdı. Hazırda İSİM-də Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində statistlər üçün təlimlərin keçirildiyi barədə bəhs etdi.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov Səhiyyə Nazirliyinin rəylərinə əsasən 2014-2018-ci illərə dair Strateji planın üzərində bira daha işlədiklərini və planın təqdimata hazır olduğunu nəzərə çatdırdı. Qlobal Fondun maliyyə dəstəyi ilə risk qrupları ilə əlaqələr və tədqiqatların aparılması üzrə təlimlərin keçiriləcəyini, hazırda təlim materiallarının hazırlandığını bildirdi. E.Muradov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin iştirakı ilə yeni maliyyə mənbələrinin axtarışı mövzusunda keçirilmiş görüşdən söhbət açdı. Eləcə də epidemioloji araşdırmalara nəzarət üzrə yerli mütəxəssislərin Rusiyaya təlimlərə göndəriləcəyindən, laboratoriya işçiləri üçün dərmanların davamlılığı mövzusunda təlimlərin keçiriləcəyindən bəhs etdi. 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günündə əhalinin maarifləndirilməsinə hazırlıq işlərinin aparıldığını bildirdi.

Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü Nərgiz Hacıyeva Azərbaycanın Şimal rayonlarında həkimlərin Assosiasiyaya qəbul edilməsi və tibb işçiləri üçün məruzələrin oxunulması barədə məlumat verdi.

Səhiyyə Sektorunda İslahatlar Layihəsinin ilkin səhiyyə üzrə əlaqələndiricisi Səkinə İsmayılova layihənin dekabrda başa çatacağını, hazırda təlim-təhvil işlərinin aparıldığını diqqətə çatdırdı. Son 1 ay ərzində pilot rayonlarda bir qrup həkimin Türkiyəyə təlimlərə göndərildiyindən, pilot rayonların yeni tikilmiş səhiyyə müəssisələrinin tibb avadanlıqları ilə təchizatının aparıldığından danışdı.

Fondda kadr üzrə ixtisarların aparıldığını bildirən Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov pnevmokokka qarşı peyvəndlə bağlı layihənin Nazirlər Kabinetinin təsdiqinə göndərdiklərini, təsdiqdən sonra ÜST-yə müvafiq peyvəndlərin təminatı üzrə müraciətin ediləcəyini vurğuladı. Qlobal Fondun malyariya ilə bağlı proqramının sona çatmaq üzrə olduğu və noyabrda konfransın keçiriləcəyi, vərəmlə bağlı proqramın tətbiqinə başlanıldığı, 2014-cü ilin 2-ci yarısında vərəm və İİV-lə bağlı proqramların Qlobal Fonda təsdiq üçün təqdim olunacağı barədə məlumat verdi.

Azərbaycana Birgə Yardım Təşkilatının layihə koordinatoru Aysel Aslanova World Vision Azərbaycan ilə əməkdaşlıq çərçivəsində “Gate-keeping” layihəsinin 4 rayonda həyata keçirildiyini, layihə üzrə monitorinqlərin aparıldığını və əlavə olaraq, 2 rayonda da layihənin keçirilməsinə başlanıldığını nəzərə çatdırdı.

ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova ÜST-nin QİÇS-lə bağlı tövsiyələrinin Azərbaycan dilində kitab şəklində təsdiq olunmasından və bu tövsiyələrin gələcəkdə klinik protokollara əlavə olunacağından bəhs etdi. Həmçinin dekabrda Türkmənistanda qeyri-yoluxucu xəstəliklər üzrə AR Səhiyyə Nazirliyinin iştirakı ilə konfransın keçiriləcəyi barədə məlumat verdi. C.Süleymanova vərəm üzrə laborator sistemin təşkili, bu sistemin avadanlıqlarla təmin edilməsi və rezistent vərəmin qiymətləndirilməsinin aparılmasından söhbət açdı.

BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov BMT-nin uşaq ölümünü qiymətləndirən qrupu tərəfindən qiymətləndirmə metodikası barədə məlumatlılığın aparılması məqsədilə təlimlərin keçirildiyini bildirdi. O cümlədən dekabrda erkən müdaxilə ilə bağlı dəyirmi masanın təşkil olunacağını dedi. İİV-lə bağlı test və məsləhət xidmətlərinin aparılması üzrə 10 ölkənin iştirakı ilə QHT nümayəndələrinin noyabrda Bakıda toplaşacağını və müzakirələrin aparılacağını vurğuladı.

Sonda BMT-nin İİV-lə birgə Mübarizə Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova UNAİDS-in Azərbaycanda fəaliyyəti haqqında yekun hesabatını təqdim etdi. Təqdimatda Ofisin Azərbaycanda mövcud olduğu illərdə fəaliyyəti, bağlanılma səbəbləri, maneələr və hədəfləri haqqında söhbət açıldı.

Təqdimat əsasında fikir mübadiləsi aparıldı.