İSİM-də tibb işçiləri üçün etik davranış qaydaları üzrə təlimçilər üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

27 İYUN 2013

İSİM-də tibb işçiləri üçün etik davranış qaydaları üzrə təlimçilər üçün təlim keçirildi

2013-cü il iyunun 27-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində tibb işçiləri üçün etik davranış qaydaları üzrə təlimçilər üçün təlim keçirildi. Mərkəzin tibb heyəti, hüquqşünas və digər əməkdaşları üçün nəzərdə tutulmuş təlimi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin Səhiyyə Kommunikasiyası üzrə Proqram meneceri Ayla Ələsgərova apardı. Təlimin keçirilməsində məqsəd iştirakçıları tibbi etikanın tarixi və inkişafı, əsas beynəlxalq və yerli qanunvericilik, səhiyyə etikasının 4 əsas prinsipi barədə məlumatlandırmaq, həkimlərin etik davranış qaydalarını etik prinsiplərin çərçivəsində anlamaqdan ibarət idi.

Müasir bioetikanın tibbi tədqiqat və təcrübələrin etik, mənəvi təsirlərini öyrənən elm sahəsi olduğunu vurğulayan təlimçi ilk növbədə bioetik təhlil subyektlərindən, tibbi etikanın tarixindən və müasir etikadan bəhs etdi. A.Ələsgərova səhiyyə ilə bağlı qəbul edilmiş qanunlardan, xüsusilə baş səhiyyə qanunu kimi 1997-ci ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş maddələrdən bəhs etdi: “Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır və dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur.”

Həkimlər üçün etik davranış qaydalarından ətraflı bəhs edilən təlimdə muxtariyyət (avtonomiya), zərər vurmama, faydalılıq, ədalətlilik etikanın əsas prinsipləri kimi nəzərə çatdırıldı. Pasiyentin hüquqlarının qorunmasında məxfilik və konfidensiallığın rolu qeyd olundu.

“Səhiyyə etikası həm pasiyentləri, həm də təchizatçıları qorumaq, eləcə də qərarların qəbul edilməsi və ədalətli şəkildə əsaslandırılması üçün bünövrənin yaradılması baxımından əhəmiyyət kəsb edir” deyən təlimçi səhiyyədəki qeyri-etik davranışlarla bağlı nümunələr gətirdi. Etika komitəsinin rolu haqqında iştirakçılara məlumat verən təlimçi bu komitələrin etik məsələləri həll etmək üçün yardım göstərdiyini və onların hər bir aparıcı institutda təsis edilməsinin vacibliyini önə çəkdi.

Təlim əsnasında həmçinin tibbi informasiyanın açıq formada təqdim edilməsinə cavab olaraq könüllü şəkildə izn verilən və ya imtina edilən razılıq olan məlumatlı razılıq, razılığın tələb olunduğu hallar, uşaqların və yaşlı insanların razılığı, məlumatlı razılığın alınmasında qarşıya çıxan problemlərdən söhbət açıldı.

Təqdimat əsasında qrup müzakirələri aparıldı, suallara aydınlıq gətirildi.