• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

26 APREL 2013

İSİM-in əməkdaşları “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində təqdimat keçirtdilər

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi sürür, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən keçirilən tədbirlərin məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

“Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Gənclərin İnkişafı” İctimai Birliyi və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək olaraq həyata keçirilir.

Layihənin əsas məqsədi Qeyri-infeksion xəstəliklərin (QİX) qarşısının alınması məqsədilə əhali arasında fiziki aktiv olmağı təbliğ etməkdir.

26 Aprel 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin dəstəyi ilə Qala ərazisində yerləşən Eko-parkda adı çəkilən idarənin işçiləri üçün “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlim zamanı İSİM-in əməkdaşı Aytəkin Əsgərova QİX risk faktorlarını qeyd edəndə, tütündən istifadə və tüstüsünə məruz qalma, alkoqollu içkilərdən ifrat istifadə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik davranış risk faktorlarını xüsusilə vurğuladı. Daha sonra o Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən Azərbaycanda ölüm hallarının səbəblərindən ürək-damar xəstəliklərinin 51% olduğunu nəzərə çatdırdı.

Daha sonra ofis şəraitində işləyənlər üçün necə fiziki aktiv olmalarına dair məruzələr dinlənildi, əyani məşğələlər göstərildi. Təqdimatda sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın 3 əsas prinsipi, suyun faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar əksini tapdı.

Nəticədə auditoriya fiziki aktivliklə məşğul olmağın müsbət nəticələri ilə tanış olaraq, yeni biliklər əldə etdilər.

Təlim zamanı iştirakçılara kampaniya çərçivəsində hazırlanan maarifləndirici buklet, təqvim, bloknot, plakatlar paylanıldı.