İSİM-də “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 YANVAR 2013

İSİM-də “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi

2013-cü il yanvarın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi. İştirakçılar 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov ölkəmizin azadlıq yolu tarixi boyunca böyük itkilər verdiyini, torpaqların bütövlüyü uğrunda ayağa qalxmış Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsi zamanı təkcə Bakıda 140-a yaxın insanın öldürüldüyünü, 700-ə yaxın insan yaralandığını, çox sayda dağıntıların olduğunu dərin hüzn hissi ilə xatırlatdı. Bu gün Azərbaycanın müstəqil dövlət olmasında şəhidlərimizin rolunun əvəzsiz olduğunu bildirən C.Məmmədov 1990-cı il 20 yanvar faciəsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə ədalətli münasibətinin həmin çətin günlərdə xalqına dəstək, cəsarətli addım olduğunu vurğuladı: “20 Yanvar hadisələrinə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev vermiş, bu faciədə günahı olanlar adbaad sadalanmışdır.”

YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva 20 Yanvar hadisələri ilə bağlı xatirələrindən danışdı: “20 Yanvar hadisələri nə qədər faciəli olsa da, xalqın azadlıq əzmi qırılmadı, Azərbaycan tarixinə yeni səhifə yazıldı. Azadlıq yolunun təməl daşını qoyanlar bu gün də yad edilir.” Ölkədə və beynəlxalq aləmdə aparılan güclü təbliğatın, kütləvi informasiya vasitələrində dərc olunan silsilə məqalələrin, keçirilən rəsm sərgilərinin fəaliyyətin bariz nümunəsi olduğunu nəzərə çatdıran Y.Vəliyeva Şəhidlər Xiyabanının and yerimiz olduğunu vurğuladı: “Vətən yolunda şəhid olanlar ölmürlər. Bu, millətimizin iftixarıdır.”

İSİM-in əməkdaşı Vüsal Bayramov 20 Yanvar hadisələri barədə həqiqətin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu diqqətə çatdırdı: “O, faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, bu qanlı cinayətin günahkarlarının adlarını çəkərək onların cəzalandırılmasını tələb etmişdir. Həmin hadisələrə siyasi-hüquqi qiymət də məhz ulu öndərimizin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 1994-cü ildə verilmişdir.”

Bu gün şəhid ailələrinə qayğı göstərildiyini, sosial təminatın gündən-günə yaxşılaşdırıldığını deyən məruzəçi 20 Yanvar faciəsinin Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdən olduğunu və müstəqillik qazanmış xalqımızın həmin günü heç vaxt unutmadığını və unutmayacağını vurğuladı.

Faciənin 23-cü il dönümü ilə əlaqədar yanvarın 20-də İSİM-in əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil və güllər qoyacaqlar.