Türkiyənin İstanbul şəhərində Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tərəfindən yardımın həyata keçirildiyi ölkələr üçün üç böyük tədbirdə İSİM-in nümayəndəsi iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 NOYABR 2012

Türkiyənin İstanbul şəhərində Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tərəfindən yardımın həyata keçirildiyi ölkələr üçün üç böyük tədbirdə İSİM-in nümayəndəsi iştirak etdi

2012-ci il noyabrın 27-28-də Türkiyənin İstanbul şəhərində Avropa regionunda immunlaşdırma nəticələrinin yaxşılaşdırılması üçün səhiyyə sisteminin möhkəmləndirilməsi mövzusunda tədbir, noyabrın 29-da Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın qarşılıqlı təsiri üzrə Avropa regional işçi qrupunun 16-cı müşavirəsi, noyabrın 30-da və dekabrın 1-də Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tərəfindən yardımın həyata keçirildiyi ölkələr üçün seminar keçirildi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşəbbüsü ilə təşkil olunan və Gürcüstan, Ukrayna, Moldova Respublikası, Monqolustan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ermənistan nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Azərbaycanı Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət sektorunun məsləhətçisi Oleq Səlimov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktorunun birinci müavini Rauf Məmmədov və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin Milli İmmunlaşdırma Proqramının meneceri Afaq Əliyeva təmsil etdilər. Tədbirlərə həmçinin Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans Katibliyinin əməkdaşları, BMT-nin Uşaq Fondu, Rostropoviç-Vişnevskaya Fondunun nümayəndələri də dəvət olunmuşdular.

Tədbirlərin başlıca məqsədi Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tərəfindən maliyyə dəstəyinə hazırlıq çərçivəsində ölkələrin yeni vaksinlərin, immunlaşdırma proqramının və partnyor yardımının birgə maliyyələşdirilməsi təcrübəsini nəzərdən keçirmək, eləcə də milli immunlaşdırma proqramının maliyyə dayanıqlılığının yüksəldilməsi yollarını müəyyənləşdirmək idi.

Seminar ərzində ölkələrdə immunlaşdırma üzrə vəziyyətin təhlili və çətinliklərin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıldı. O cümlədən ölkə təcrübələrinə nəzər salınmaqla, immunlaşdırma proqramının maliyyələşdirilməsi və fəaliyyət planının reallaşdırılması barədə suallara aydınlıq gətirildi. Təcrübədə əldə edilmiş göstəricilər yenidən təhlil edildi. İmmunlaşdırma proqramının daha çox inkişafı üçün region ölkələrinin müstəqilliyinin təmin olunması yolları və yanaşmaları razılaşdırıldı.

İşçi qruplarında ölkələrə yardımın həyata keçirilməsi ilə bağlı mövcud çətinliklərdən və imkanlardan, problemin həllinə yardım üçün planlaşdırılması vacib strategiyalardan söhbət açıldı.

Ölkələrin təqdimatında Rauf Məmmədov Azərbaycanda səhiyyə sisteminin təşkili, İSİM-in fəaliyyəti, o cümlədən səhiyyədə beynəlxalq əməkdaşlığın qurulması barədə məlumat verdi. Ölkələrin təqdimatından sonra 2013-2014-cü illər üçün atılacaq addımlar və görüşlər ətrafında müzakirələr aparıldı. Tədbirlər planının dəstəklənməsi üçün monitorinq və koordinasiya mexanizmləri işlənildi.