İSİM-in əməkdaşı Sağlamlığa Təsirin Qiymətləndirilməsi barədə Qras İctimai Səhiyyə üzrə Yay Məktəbində iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

28 SENTYABR 2012

İSİM-in əməkdaşı Sağlamlığa Təsirin Qiymətləndirilməsi barədə Qras İctimai Səhiyyə üzrə Yay Məktəbində iştirak etdi

Sağlamlığa Təsirin Qiymətləndirilməsi (STQ) Sağlamlıq Strategiyasının prinsiplərini anlamaq alətlərindən biridir. Bir neçə ildir ki, Sağlamlığa Təsirin Qiymətləndirilməsi siyasi qərarlar hazırlayanlar tərəfindən siyasətin sağlamlığa təsirini əvvəlcədən müəyyənləşdirmək üçün vasitə kimi istifadə edilir. Hazırda STQ həm beynəlxalq, həm də milli səviyyədə əhəmiyyətli dərəcədə maraq cəlb edir. Sağlamlığa Təsirin Qiymətləndirilməsi sahəsinə aid bilik səviyyəsinin və səriştələrin artırılması məqsədilə keçirilən Qras İctimai Səhiyyə üzrə Yay Məktəbi mütəxəssislərə və qabaqcıl tələbələrə müasir sağlamlıq siyasətinin öyrədilməsinə imkan yaradır.

2012-ci il sentyabrın 24-28-də Avstriyanın Qras şəhərində Sağlamlığa Təsirin Qiymətləndirilməsi barədə İctimai Səhiyyə üzrə Yay Məktəbi təşkil olundu. Avstriya, Almaniya və İtaliyadan olan nümayəndələrin iştirak etdiyi Yay Məktəbində Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova təmsil etdi. Sağlamlığa Təsirin Qiymətləndirilməsi cəmiyyətin sağlamlıq vəziyyətinə təsir göstərən siyasətləri, sektorları, maraqlı tərəfləri və cəmiyyətin bütün üzvlərini bir-birilə əlaqələndirən mövcud ölçüdür. Məhz Yay Məktəbinin təşkil olunmasında məqsəd qərar qəbul edənləri təklif edilən siyasətə aid əsaslı tövsiyələrlə təmin etməkdir. Əhalinin sağlamlığını qorumağa yönəldilmiş Sağlamlıq Strategiyası ölkə daxilində və ya ölkələr arasında səhiyyə sahəsində böyük miqyasda mövcud olan və gündən-günə inkişaf edən qeyri-bərabərsizliklərin aradan qaldırılması üzrə mübarizəni özündə əks etdirir.

Yay Məktəbində iştirakçılar Sağlamlığa Təsirin Qiymətləndirilməsinin üsulları, prinsipləri və anlayışları ilə tanış oldular. Həmçinin milli və beynəlxalq səviyyədə səhiyyə sahəsində mövcud vəziyyətin təhlili, STQ-nin tətbiqi zamanı qərar qəbul etmə, STQ-nin həyata keçirilmə mərhələləri barədə məruzələr dinlənildi.

Sonda STQ-nin uzunmüddətli tətbiqi üçün Avstriya təcrübəsinə nəzər salındı. Görülən işlər və nəticələr müzakirə edildi. Müzakirə əsasında sağlamlıq riskinin qiymətləndirilməsi və modelləşdirmə də daxil olmaqla, fəaliyyətin həyata keçirilmə mərhələlərində diqqət olunması vacib addımlar sadalandı. Yay Məktəbinin iştirakçıları Sağlamlığa Təsirin Qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetirdilər, məqsəd və üsulları müəyyənləşdirdilər. Müzakirələr zamanı STQ-nin faydalılığının və təsirinin qiymətləndirilməsi, nəzarət edilməsi və uğurlu STQ-yə nail olmaq üçün tövsiyələr verildi.