İSİM-də “Əhalinin sağlamlığının təmin edilməsində münasibət və davranışların dəyişdirilməsinə yönəlmiş ünsiyyət” mövzusunda Milli Tədris Kursu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 SENTYABR 2012

İSİM-də “Əhalinin sağlamlığının təmin edilməsində münasibət və davranışların dəyişdirilməsinə yönəlmiş ünsiyyət” mövzusunda Milli Tədris Kursu keçirildi

Sağlamlığın yaxşılaşdırılması işində mövcud boşluğu aradan qaldırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Davranışa təsir etmək amalı ilə ünsiyyətin qurulması” təşəbbüsünü (COMBİ) hazırlayıb və Səhiyyə üzrə Qlobal Kommunikasiya Mərkəzi diqqəti inkişaf etməkdə olan ölkələrin səhiyyə nazirliklərinin həmin təşəbbüsün strateji ünsiyyət üzrə planlaşdırma metodologiyasının tətbiq edilməsində bilik və bacarıqların gücləndirilməsinə yönəldir.

Təklif edilmiş layihə Səhiyyə Nazirliyinin strateji aspektdən planlaşdırılmış və icra olunmuş ictimai səhiyyə yönümlü kommunikasiya müdaxilələrini ictimai səhiyyə strategiyalarına daxil etmək məqsədilə institusional bilik və bacarıqların gücləndirilməsi üçün milli ictimai səhiyyə proqramlarının təsirini gücləndirmək amalı daşıyır.

2012-ci il sentyabrın 3-dən 13-nə kimi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Əhalinin sağlamlığının təmin edilməsində münasibət və davranışların dəyişdirilməsinə yönəlmiş ünsiyyət” mövzusunda Milli Tədris Kursu keçirildi. İSİM-in, İndiana Universitetinin Səhiyyə üzrə Qlobal Kommunikasiya Mərkəzinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə gerçəkləşən kursda AR Səhiyyə Nazirliyi, İSİM, AR Gənclər və İdman Nazirliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ), Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Təlimi Ümumdünya Səhiyyə Təşkilatının Kommunikasiya məsələləri üzrə böyük məsləhətçisi Everold Hosein apardı.

İştirakçıları salamlayan İSİM-in direktor müavini Rahib Məmmədov insanların sağlamlığının qorunmasında yerli və beynəlxalq resursların əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı: “Bu tədris kursunda əsas məqsəd beynəlxalq təcrübələrə nəzər yetirməklə, COMBİ planlaşdırma və icra metodikasını Azərbaycanın səhiyyə və sosial inkişaf sahələrinə tətbiq etməyi öyrətməkdir”.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin sosial ünsiyyət və inkişaf proqramının rəhbəri Elnur Əliyev hazırda səhiyyə və sosial inkişaf sahələrində əsas problemlərdən biri kimi insanların, xüsusilə uşaqların sağlamlığını yaxşılaşdıran münasibət və davranışın effektli yollarını axtarıb tapmaqdan ibarət olduğunu bildirdi: “Ən vacib məsələ davranışın dəyişdirilməsinə nail olmaqdır. Bu məsələ BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin və onun tərəfdaşı olan İSİM-in işində mühüm əhəmiyyət kəsb edir.”

Hosein Everold iştirakçıları təlimin proqramı ilə tanış etdi və təlim ərzində davranışların dəyişdirilməsi üzrə kommunikasiyanın əsas aspektlərindən söhbət açılacağını bildirdi. Eləcə də BMT-nin Uşaq Fondunun müxtəlif ölkə və regional ofisləri tərəfindən “COMBİ” yanaşmasının indiyədək yodlaşdırılmış duz, perinatal qulluq, gənclərin İİV/QİÇS-ə yoluxmasının qarşısının alınması, ana sağlamlığı, erkən uşaq inkişafı, yuvenal ədliyyə, uşaqların müdafiəsi və təhlükəsiz analığın təbliğatına tətbiq edildiyini nəzərə çatdırdı. Davranışlara təsir edəcək kommunikasiyanın planlaşdırılmasının ÜST tərəfindən dünyanın 50 ölkəsində, BMT-nin Uşaq Fondu tərəfindən isə 5 ölkədə həyata keçirildiyini, BMT-nin digər aidiyyəti agentliklərinin də bu istiqamətdə fəaliyyət göstərdiyini deyən təlimçi şəxslərarası kommunikasiya adlanan bu üsulun davranışlara təsir etməkdə zəruriliyini diqqətə çatdırdı.

Məruzə əsnasında səhiyyə kommunikasiyasının vəziyyətini öyrənmək məqsədilə aparılmış tədqiqatlardan söhbət açıldı. Bu tədqiqatlar prosesində rast gəlinən çətinliklər qeyd edildi.

Təlim ərzində 6 əsas mövzuya nəzər yetirildi: Ünsiyyət və davranışların dəyişdirilməsinə yönəlmiş məqsədlər; Əsas ünsiyyət vasitələri (Kütləvi informasiya vasitələri, kiçik qrup və fərdi satış/insanlararası ünsiyyət/məsləhət); Sosial marketinqin prinsipləri və praktikaları; Marketinq araşdırması və proqram qiymətləndirməsi; Sosial səfərbərlik, reklam və ictimaiyyətlə əlaqələr; Kompleks marketinq kommunikasiyası.

Qruplara ayrılmış iştirakçılar 10 addımdan ibarət “COMBİ” yanaşmasını səhiyyə və sosial sahəyə aid mövzularda davranışların dəyişdirilməsi üzrə strateji ünsiyyət planının hazırlanması zamanı tətbiq etdilər. Eyni zamanda bir neçə “ev tapşırığı” həll edildi.

Qismən hazırlanmış “COMBİ” planının layihələri kursun son günündə nümayiş etdirildi. Təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı. Tədris kursunu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.