İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUN 2012

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2012-ci il iyunun 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Rostropoviç-Vişnevskaya Fondu, AbtAssociates, “Save the Children”, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu, “İqlimin dəyişməsi və inkişafı” GHT Alyansı və digər yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov mərkəzin hazırkı fəaliyyəti barədə qısa məlumat verdi. E.Muradovun sözlərinə görə, ötən illə müqayisədə bu il könüllü məsləhət və müayinə məntəqələrinin sayı 28-ə çatıb və aparılan monitorinqlər göstərdi ki, müraciət edənlərin sayı artıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov mərkəzin hazırkı fəaliyyəti barədə qısa məlumat verdi. E.Muradovun sözlərinə görə, ötən illə müqayisədə bu il könüllü məsləhət və müayinə məntəqələrinin sayı 28-ə çatıb və aparılan monitorinqlər göstərdi ki, müraciət edənlərin sayı artıb.

“Save the Children” təşkilatının nümayəndəsi Sahib Məmmədov sağlamlıq mövzusunda keçirilən bir sıra tədbirlərdən bəhs etdi. Ötən aylar ərzində təşkilat tərəfindən 20 icmada vərəm əleyhinə müsabiqələr, aksiyalar, sorğular keçirilib. İyun ayında isə Qəbələ rayonunda “Sağlamlıq festivalı” adlı tədbir keçirilib, tədbirdə İSİM tərəfindən hazırlanan və çap olunan marifləndirici nəşrlər paylanılıb.

Daha sonra AbtAssociates təşkilatının nümayəndəsi Nərmin Əfəndiyevə öz çıxışında AbtAssociates təşkilatının dəstəyi ilə İSİM-in əməkdaşları üçün keçirilən “Kommunikasiya vasitəsilə davranışın dəyişdirilməsi” mövzusunda təlim, Əsas tibb xidmətləri paketinin Azərbaycanda mümkün olan həyata keçirilmə konsepsiyalarının təqdimatı, “Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” üzrə jurnalistlər üçün brifinq haqqında qeyd etdi.

Rostropoviç-Vişnevskaya Fondunun koordinatoru Şahin Ağayev qeyd etdi ki, hal-hazırda Səhiyyə Nazirliyində Milli peyvənd təqviminə pnevmokokk infeksiyasına qarşı peyvəndin də daxil edilməsi üzrə müzakirələr aparılır.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun layihə üzrə assistenti Cəmilə Kərimova, “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev və başqaları da təmsil etdikləri qurumların hazırkı fəaliyyəti və növbəti aylar üçün planlaşdırılmış işlərindən söhbət açdılar.

İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs edərək, ötən ay ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi. O, çıxışında Mərkəzdə keçirilən bir sıra tədbirlər haqqında bəhs etdi. Belə ki, ötən ay ərzində “Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” üzrə jurnalistlər üçün brifinq, “31 may – Ümumdünya tütünsüz günü”nə və “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş sorğunun nəticələrinin müzakirəsinə həsr olunmuş tədbirlər, Belçikanın Brüssel şəhərində Şərqi Avropa və Orta Asiya ölkələrində əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasının müzakirəsi və həmin ölkələrə tövsiyələr verilməsi məqsədilə 16 ölkənin yüksək səviyyəli nümayəndələrinin görüşü haqqında xüsusi olaraq qeyd etdi. Daha sonra direktor iştirakçıların nəzərinə çatdırdı ki, Kəskin koronar sindromun diaqnostikası və müalicəsi üzrə klinik protokol Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Direktorun çıxışından sonra iştirakçılara İSİM və 215KL studiyasının birgə əməkdaşlığı sayəsində çəkilmiş “Uşaqları tütün tüstüsündən azad mühitdə böyüdək!” adlı video-çarx nümayiş olundu.

Sonra “İqlimin dəyişməsi və inkişafı” GHT Alyansının əlaqələndiricisi Aytəkin Əsgərova təşkilatın hazırkı fəaliyyəti haqqında məruzə etdi. O, çıxışı zamanı təşkilatın təsis olunması, səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi.

Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.