“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlər davam edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 YANVAR 2012

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlər davam edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər davam edir. Təlimlərin keçirilməsində məqsəd şəkərli diabeti olan insanların bu sahə üzrə maarifləndirilməsi, xəstəliklə bağlı biliklərinin artırılması, bilik və davranışlara nail olmaqla özünənəzarətin gücləndirilməsidir. Təlimlərə 2011-ci ilin oktyabr-noyabr aylarında başlanılıb və 2012-ci ildə davam etdirilməsi nəzərdə tutulub.

2012-ci il yanvarın 16-dan etibarən İSİM-də diabet xəstələri, 23-dən isə risk qrupuna aid əhali üçün təlimlərin keçirilməsi planlaşdırılıb və artıq bu mərhələnin keçirilməsinə başlanılıb.

Təlimlər hər ay hər hədəf qrupu üzrə ayrılıqda bir həftə olmaqla həyata keçirilir. Təlimlərin növbəti mərhələsi fevralda keçiriləcək.

Təlimlər İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar tərəfindən aparılır.