• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

1 DEKABR 2011

İSİM-də “Vətəndaşların Elektron sağlamlıq kartı” sistemindəki stasionardan çıxışının statistik kartası altsistemin tətbiqi üzrə təlim keçirilir

“Vətəndaşların Elektron Sağlamlıq Kartı sistemi” (VESKS) Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemidir. Vətəndaşların “Elektron Sağlamlıq Kartı” sisteminin (VESKS) tətbiqi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli 1055 nömrəli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.11-ci bəndinə əsasən həyata keçirilir. Sistemin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən 5 sentyabr 2007-ci il tarixli 82 nömrəli əmrlə təsdiq edilən “Elektron Sağlamlıq Kartı” sistemindən istifadə Qaydaları” ilə də tənzimlənir.

VESKS-nin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Bu, müasir standartlara uyğun informasiya sistemidir.

Sistemin ölkə miqyaslı olmasını nəzərə alaraq, 2007-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xüsusi Rabitə və İnformasiya Texnologiyaları şöbəsi yaradılıb və lazımi resurslarla təchiz edilib. Şöbənin mütəxəssisləri mütəmadi olaraq, Respublikada və xarici ölkələrdə biliklərini artırmaq məqsədilə təlimlərdə iştirak edirlər. İctimai Səhiyyə və İslahatlar Mərkəzində və Bakı Baş Səhiyyə İdarəsində şəhər və rayon müəssisələrinin heyətinə proqram təminatının istifadəsi barədə genişmiqyaslı təlimlər keçirilib.

2011-ci il dekabrın 1-dən etibarən İSİM-də “Vətəndaşların Elektron sağlamlıq kartı” sistemindəki stasionardan çıxışının statistik kartası altsistemin tətbiqi üzrə tibb müəssisələrinin müvafiq işçi heyəti üçün təlimə start verilib. Təlim Səhiyyə Nazirliyinin və SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsinin təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyilə həyata keçirilir. Təlimdə Elmi-Tədqiqat İnstitutlarının, dispanserlərin, klinik xəstəxanaların, doğum evlərinin, perinatal mərkəzlərin, mərkəzi rayon xəstəxanalarının nümayəndələri iştirak edirlər. Təlim ümumilikdə 750 nəfər üçün nəzərdə tutulub.

Təlim prosesi iki mərhələdən ibarətdir. I mərhələdə baş həkim müavinləri, statistiklər və kompüter operatorları iştirak edirlər. Məruzəçilər isə İnformatika və Statistika İdarəsinin həkim-statistikləri Ofeliya Hacıyeva və Məlahət Vəzirovadır. Təlim ərzində iştirakçılar Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 10-cu baxılışı (XBT-10), Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 9-cu baxılışı, Kliniki Modifikasiya (XBT-9-KM), “Stasionardan çıxanın statistik kartası” (AZS-066) barəsində məlumatlanırlar.

Təlimin II mərhələsinin iştirakçıları statistiklər və kompüter operatorlarıdır. Təlimçi, SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsinin nümayəndəsi Ziya Əhmədov iştirakçıları Vətəndaşların Elektron sağlamlıq kartı sistemindəki “Stasionardan çıxışının statistik kartası” altsistemindən istifadə bacarıqları, “Stasionardan çıxışının statistik kartası” altsistemi əsasında 14 saylı hesabat formasının avtomatik alınması üzrə məlumatlandırır.

Təlim dekabrın 19-dək davam edəcək.