• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

25 OKTYABR 2011

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri başa çatdı

2011-ci il avqustun 1-dən start götürən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun səyyar işləri oktyabrın 24-də yekunlaşdı. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilən sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvanı əhatə etdi. Ümumilikdə isə bu sorğu 9 iqtisadi region üzrə 68 rayonda aparıldı. Sorğu 9 iqtisadi rayon üzrə 321 klasterdə, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatında və son seçməyə düşmüş 7704 ev təsərrüfatında həyata keçirildi.

Sahə işlərinə başlamazdan əvvəl İSİM-in müvafiq regionlar üzrə İcra Hakimiyyətlərinə və Mərkəzi Rayon Xəstəxanalarına rəsmi məktublarla müraciəti əsasında bu qurumlar hər bir kənd və ya klaster üzrə məsul icraçı təyin etdi.

Sorğu aləti kimi Ev Təsərrüfatının Sorğu Vərəqəsi və Qadın Sorğu Vərəqəsindən istifadə edildi. Bu vərəqələr Azərbaycan və rus dillərində çap edildi.

Sorğu respublika üzrə müəyyən olunmuş 10 marşrut üzrə aparıldı. Hər bir marşrut üzrə komandalar əvvəlcədən müəyyənləşdirilmiş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla, avtomobil və sürücü ilə, həmçinin üzərində DSS-2011 və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin loqosu əks olunmuş uniforma, əhalinin maarifləndirilməsi məqsədilə DSS-2011 və Anemiya haqqında bukletlər və qanazlığı olan respondentlər üçün xüsusi bildiriş formaları, sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla təmin olundular. Sorğuya başlamazdan əvvəl hər bir qrup hər klaster üzrə İcra Hakimiyyəti tərəfindən əvvəlcədən təyin edilmiş məsul icraçı ilə əlaqələndirildi.

Sorğuda ev təsərrüfatlarının xüsusiyyətləri, sosial-iqtisadi göstəricilər, antropometriya, təhsil, körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı və ana sağlamlığı barədə məlumatlar toplanıldı. O cümlədən gender münasibətləri və qadınların ailədə səlahiyyətləri, fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS və cinsi yolla keçən xəstəliklərlə bağlı suallar da verildi.

Sorğu keçirilən zaman keyfiyyət koordinatoru və sahə koordinatoru tərəfindən mütəmadi olaraq, monitorinqlər keçirildi. DSS-2006-nın təcrübəsi nəzərə alınaraq, əhalinin sorğuda iştirakı üçün əlavə tədbirlərin görülməsi məqsədilə, Bakı üzrə əhatə olunan rayonlarda mənzil-kommunal təsərrüfatları birliklərinə baş çəkilərək siyahı üzrə respondentlər, mənzil-kommunal təsərrüfatları həmin ərazidə keçiriləcək sorğu haqqında məlumatlandırıldı və respondentlərin sorğuya cəlb edilməsində dəstək təmin edildi.

Təlim və sahə işlərinin planı hazırlandı, daha sonra yerlərdə nəzərəçarpan anlaşılmazlıqlara və nöqsanlara aydınlıq gətirildi.

Hazırda Mərkəzdə fəaliyyət göstərən redaktorlar sorğu vərəqələrindəki məlumatları dəqiqləşdirirlər. Kompüter operatorları isə sorğudan əldə olunan məlumatları elektron bazaya daxil edirlər.

Statistik təhlilin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.