“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 OKTYABR 2011

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanıldı

Beynəlxalq Diabet Federasiyası şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib. 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiq olunan layihənin reallaşdırılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) də yaxından iştirakı nəzərdə tutulub.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılıb.

2011-ci il oktyabrın 17-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanıldı. Təlimlər 7 diabet məktəbinin hər birində 15 həkim, 30 tibb bacısı olmaqla, 105 həkimə və 210 tibb bacısına keçilir. Bu məqsədlə tədbirlər planı və təlim paketi hazırlanıb.

Noyabrın 4-nə kimi davam edəcək təlimləri İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar və tibb bacıları aparırlar. Təlimlərdə şəkərli diabetlə bağlı həkimlər və tibb bacıları maarifləndirilirlər.

Növbəti mərhələdə diabetli xəstələrə və risk qrupuna aid əhaliyə təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılmasıdır.

Biliklərin artırılması məqsədilə ümumilikdə 70 təlim 105 həkim üçün, 140 təlim 210 tibb bacısı üçün, 770 təlim 1155 diabetli xəstə üçün, 700 təlim 1050 risk qrupuna aid olan insan üçün keçiriləcək. Beləliklə, üç hədəf qrupu üzrə 2520 insana 1680 təlim keçiriləcək. Bundan əlavə, maarifləndirmə məqsədilə buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi hazırlanacaq.