İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 OKTYABR 2011

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2011-ci il oktyabrın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, BMT-nin Uşaq Fondu, Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Qadın Krizis Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Nümayəndələr təmsil etdikləri qurumların hazırki fəaliyyətindən və planlaşdırılmış işlərdən söhbət açdılar.

BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə üzrə assistenti Sevil Qənbərova narkotik istifadəçiləri və məhbuslar arasında səhiyyə xidmətlərinin tətbiqi ilə bağlı tədqiqata başlanıldığını bildirdi.

Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova müştərək təşkilatlarla birgə icma əsaslı reabilitasiya mərkəzlərinin şəbəkəsinin yaradıldığını qeyd etdi. Təşkilat tərəfindən icma əsaslı reabilitasiya mərkəzlərinin dövlət tərəfindən maliyyələşdirilməsinə nail olunduğunu nəzərə çatdıran Z.Nəcəfova həmçinin “Bərabər imkanlar” adlı video-çarxın çəkildiyini də vurğuladı.

AbtAssociates-in əməkdaşı Kəmalə Rəhimova ABŞ-ın İnkişaf Agentliyi tərəfindən həyata keçirilən yeni layihə haqqında danışdı. Eyni zamanda klinik protokollar üzərində işlərin davam etdirildiyini və səhiyyə kommunikasiyası üzrə tədbirlərin keçirildiyini də iştirakçıların nəzərinə çatdırdı.

“Save the Children” təşkilatının Proqram koordinatoru Ayla Ələsgərova təmsil etdiyi qurum tərəfindən mövcud klinik protokollar üzrə video-materialların hazırlanması istiqamətində çəkilişlərin aparıldığını və montaj işlərinin davam etdirildiyini bildirdi.

Toplantıda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Rövşən Babayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı Şöbəsinin müdiri Mətanət Qaraxanova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodiki Şöbəsinin müdiri Səbinə Babazadə, Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə və başqaları çıxış etdilər.

Ötən aylar ərzində Mərkəzdə həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara məlumat verən İSİM-in direktoru Ceyhun Məmmədov Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində İSİM və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin (ÜST) həyata keçirdiyi “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” istiqamətində İngilis dilində yekun hesabatın tərtib olunduğunu və hazırda həmin materialın Azərbaycan dilinə tərcümə edildiyini bildirdi. Dekabrda tədqiqatın nəticələrinin müzakirə olunacağı da diqqətə çatdırıldı. Çıxışda “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində İSİM-də dəyirmi masanın keçirildiyindən, Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə məlumatların elektron bazaya daxil edildiyindən söhbət açıldı. C.Məmmədov həmçinin “Diabet Məktəblərinin təşkili”, “Məhbuslar arasında Vərəm, İİV və hepatitit C viruslu ko-infeksiyasına dair operativ tədqiqat” və “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihələri barədə məlumat verdi.

“Savab” humanitar təşkilatı haqqında təqdimatla təşkilatın rəhbəri Malik Abbasov çıxış etdi. İlk növbədə təşkilatın yaranması ilə bağlı məruzə edən M.Abbasov daha sonra təşkilatın əsas fəaliyyət istiqamətlərindən, həyata keçirilmiş layihələrdən geniş bəhs etdi.

Sonda maraqlı suallar ətrafında müzakirə aparıldı.