İSİM-də Vərəm üzrə təşkilatlararası işçi qrupun görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 SENTYABR 2011

İSİM-də Vərəm üzrə təşkilatlararası işçi qrupun görüşü keçirildi

2011-ci il sentyabrın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Vərəm üzrə təşkilatlararası işçi qrupun görüşü keçirildi. Tədbirdə İSİM, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ədliyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Qlobal Fond, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, AbtAssociates, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktorunun elmi işlər üzrə müavini İradə Axundova iştirakçıları salamladıqdan sonra sözü Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Vasiliy Vlasova verdi. O, “Vərəmə qarşı müalicənin əks təsirləri” klinik protokolu ilə bağlı çıxış etdi. V.Vlasov klinik protokolun əsas tövsiyələri üçün tərtibatçıların ayrı-ayrı tədqiqatların dəlil səviyyəsini və dəlillərin ümumiliyinin etibarlılığını şotland proqramı idarə heyətinin tövsiyələrinə əsaslanaraq müəyyənləşdirdiklərini bildirdi. Belə ki, bu tövsiyələrin hazırlanmasında tərtibatçılar ən yaxşı müasir sənədlərə əsaslanıblar. Klinik protokol qısa nəzərdən keçirildikdən sonra sənədlə bağlı fikir mübadiləsi aparıldı.

BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə üzrə assistenti Sevil Qəmbərova “Opioid Əvəzedici Terapiya” mövzusunda təqdimatla çıxış etdi. S.Qəmbərova “Problemli opioid istifadəçisi” kateqoriyasına narkotiklərdən asılılığı olan istifadəçilərlə yanaşı, inyeksiya yolu ilə narkotiklərdən istifadə edənlərin də daxil olduğunu, onların narkotiklərdən istifadəsinin sağlamlığın pozulması və ağır sosial nəticələr üçün böyük risk olduğunu qeyd etdi. Məruzədə Opioid Əvəzedici Terapiya nəticəsində ümumi ölüm göstəricilərinin, narkotiklərdən istifadə zamanı dozanı aşma riskinin, qanla keçən infeksiyaların ötürülməsi riskinin, cinayətkarlıq göstəricilərinin xeyli azaldığı, narkotiklərdən qeyri-qanuni istifadənin isə qarşısının alındığı nəzərə çatdırıldı. S.Qəmbərova həmçinin psixoloji və fiziki sağlamlıq, eləcə də sosial adaptasiyanın yaxşılaşdığını, narkotik əldə etmə qayğısından azad olduğuna görə vərəm və İİV-lə əlaqədar aparılan müalicəyə bağlılığın artdığını, dövlət xərclərinin azaldığını və iqtisadi effektliyin artdığını vurğuladı. Təqdimatla bağlı iştirakçıların sualları cavablandırıldı.

AbtAssociates-in nümayəndəsi, İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues “Azərbaycandan Qlobal Fonda ərizəyə qısa baxış” mövzusunda çıxış etdi. Ərizənin təxmini büdcəsini qeyd edən O.Zues sentyabrın sonuna kimi layihə və iş planının hazırlanacağını bildirdi.

Sonda iştirakçılar təmsil etdikləri təşkilatların fəaliyyəti və planlaşdırılmış layihələri haqqında söhbət açdılar. Maraqlı suallar ətrafında müzakirələr edildi və yığıncaqda toxunulmuş problemlərlə bağlı tövsiyələr verildi.