• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

12 SENTYABR 2011

Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə kompüter operatorları üçün təlimlər keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS-2011) keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası istiqamətində fəaliyyəti davam etdirir.

Sorğunun keçirilməsi üçün iyulda İSİM-də intervüyerlərə təlim keçirilib, avqustun 1-dən isə sorğunun səyyar işlərinə başlanılıb. DSS üzrə kompüter operatorları üçün təlimlərin keçirilməsi 2 mərhələdə nəzərdə tutulub. İştirakçılar ilk mərhələdə Ev Təsərrüfatının Sorğu Vərəqəsində olan, 2-ci mərhələdə isə Qadın Sorğu Vərəqəsində olan məlumatların elektron bazaya daxil edilməsi üsullarını öyrənəcəklər.

2011-ci il sentyabrın 12-14-də İSİM-də Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə kompüter operatorları üçün təlimlərin ilk mərhələsi keçirildi. İştirakçılar müsahibə yolu ilə seçilmiş, operator qismində sorğuda iştirak etmək arzusunda olan şəxslərdir.

Təlimin ilk günündə iştirakçılar əməliyyat sistemi, şəbəkə, anketin strukturu, o cümlədən anketlərin bazaya daxil edilməsinin ümumi prinsipləri haqqında məlumatla tanış oldular. Növbəti günlərdə isə kompüter operatorlarına anketin bazaya daxil olunması, daxil olunmuş məlumat fayllarının sistemdə yadda saxlanılması ilə bağlı biliklər aşılandı. Beləliklə, 3 gün ərzində iştirakçılar Ev Təsərrüfatının Sorğu Vərəqəsi üzrə məlumatların elektron bazaya daxil edilməsi üsullarını öyrəndilər. Sonda təlimçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.