• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 AVQUST 2011

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlər keçirildi

Şəkərli diabet xroniki, ağır xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Məlumat üçün bildirək ki, Azərbaycanda 2010-cu ilin rəsmi statistikasına əsasən, qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 137400 nəfərdir və bu rəqəm durmadan artır.

Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib. Müraciətdən sonra Fondun tələblərinə uyğun olaraq, layihənin reallaşdırılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin də yaxından iştirakı nəzərdə tutulub. Beləliklə, həmin layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiq olunub.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı nəzərdə tutulur. Maarifləndirmə məqsədi ilə ümumiyyətlə 105 həkim üçün 70 təlim, 210 tibb bacısı üçün 140 təlim, 1155 diabetli xəstə üçün 770 təlim, 1050 risk qrupuna aid olan insanlar üçün 700 təlim keçiriləcək. Həmin məqsədilə 3500 buklet, 4000 kitabça, 300 poster, 2550 təlim materialları paketi, risk qrupuna aid əhali üçün 1100, xəstələr üçün 2500 məlumat paketi hazırlanacaq.

Biliklərin artırılması məqsədi ilə 2011-ci il avqustun 8-dən 19-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirildi. Təlimlər Dünya Diabet Fondunun üzvü, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov tərəfindən aparıldı.

Təlimlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanın tibb müəssisələrinin hər birindən 2 həkim və 2 tibb bacısı olmaqla, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endikronoloji Mərkəzi və Azərbaycan Tibb Universitetinin İkinci müalicə profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasından ümumilikdə 23 həkim-endokrinoloq və 18 tibb bacısı iştirak etdi. Təlim materialları paketi çap və CD şəklində iştirakçılara təqdim olundu. Gələcəkdə keçiriləcək təlimlərin cədvəli tərtib edildi. Təlimçilər çıxış edərək, layihənin əhəmiyyətini, tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsinin vacibliyini vurğuladılar. Sonda təlimləri uğurla başa çatdırmış iştirakçılara sertifikatlar təqdim olundu.

Təlimlərdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları yaradılmış diabet məktəblərində ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçməklə, sağlam həyat tərzini təşviq edəcəklər.