• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2011

“Səhiyyə kommunikasiyası: öyrəndiklərimiz” mövzusunda keçirilən dəyirmi masada İSİM-in əməkdaşları da iştirak etdilər

2011-ci il iyunun 24-də Park İnn mehmanxanasının “Füzuli” zalında Abt Associates tərəfindən təşkil olunmuş “Səhiyyə kommunikasiyası: öyrəndiklərimiz” mövzusunda dəyirmi masa keçirildi. Toplantıda yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları da iştirak etdilər. Dəyirmi masa ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAİD tərəfindən maliyyələşdirilən İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin və layihə tərəfdaşlarının 2007-ci ildən bu günə kimi təcrübəsinin müzakirəsinə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə açan millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda səhiyyə kommunikasiyasının inkişafının zəruriliyindən bəhs etdi. Layihənin bu inkişafa töhfə olduğunu vurğuladı. İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues layihənin həyata keçirilməsində dəstəyə görə tərəfdaş təşkilatlara, o cümlədən İSİM-ə minnətdarlığını bildirdi.

Dəyirmi masada bir neçə təqdimat dinlənildi. “Tarixə baxış: İSXG və onun Azərbaycanda səhiyyə kommunikasiyasının inkişafına töhfəsi” mövzusunda Layihənin Kommunikasiya üzrə Proqram Meneceri Cəmilə Əzizova məruzə etdi. Layihənin əsas istiqamətlərindən söz açan Proqram Meneceri İSİM-də yaranmış KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin daha sonra Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsi adlandırıldığını qeyd etdi. Bununla Şöbənin fəaliyyətinin də ictimaiyyətlə əlaqələrdən əlavə, məhz səhiyyə kommunikasiyası istiqamətinə yönəldiyini vurğuladı. Daha sonra maarifləndirici nəşrlərin, o cümlədən “Səhiyyə Kommunikasiyası: izahlı lüğət”in hazırlandığını və “Səhiyyə Kommunikasiyası mütəxəssisləri üçün rəhbər vəsait”in Azərbaycan dilinə tərcümə edildiyini, Azərbaycanda Səhiyyə Kommunikasiyası üzrə Milli Konseptual Çərçivə sənədinin tərtib edildiyini, səhiyyə kommunikasiyası mütəxəssisləri və media işçiləri üçün mütəmadi təlimlərin keçirildiyini vurğuladı.

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) İdarə Heyətinin sədri Nurlan Əliyev “ASKA: peşəkar birliklər kommunikasiyanın inkişafında hansı rolu oynayır?” mövzusunda, media üzrə ekspert Zaur İbrahimov isə “Sağlam həyat tərzinin təbliğatında KİV-in rolu” mövzusunda təqdimatlarla çıxış etdilər. Məruzələrdə Azərbaycanda səhiyyə kommunikasiyasının inkişafına nail olmaq üçün atılan addımlardan və bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolundan söhbət açıldı.

Sosioloq Tamerlan Rəcəbov İctimai səhiyyədə sosial tədqiqatların rolu: vərəmli xəstələr arasında Bilik, Münasibət və Təcrübə sorğusu haqqında iştirakçıları məlumatlandırdı. Sonda tərəfdaş təşkilatlar və sağlam həyat tərzinin təbliğatı üçün kommunikasiyadan istifadə təcrübələri ətrafında plenar müzakirə oldu. Layihə başa çatandan sonra fəaliyyətin tərəfdaş təşkilatlar tərəfindən davam etdiriləcəyi bildirildi.