İSİM-in əməkdaşları Səhiyyə Kommunikasiyası üzrə təlimdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2011

İSİM-in əməkdaşları Səhiyyə Kommunikasiyası üzrə təlimdə iştirak etdilər

BMT-nin Uşaq Fondunun müxtəlif ölkə və regional ofisləri “COMBİ” (Davranışlara təsir edəcək kommunikasiyanın planlaşdırılması) yanaşmasını indiyədək yodlaşdırılmış duz, perinatal qulluq, gənclərin İİV/QİÇS-ə yoluxmasının qarşısının alınması, ana sağlamlığı, erkən uşaq inkişafı, yuvenal ədliyyə, uşaqların müdafiəsi və təhlükəsiz analığın təbliğatına tətbiq edib. Davranışlara təsir edəcək kommunikasiyanın planlaşdırılması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyanın 50 ölkəsində, BMT-nin Uşaq Fondu tərəfindən isə 5 ölkədə həyata keçirilir. BMT-nin digər aidiyyəti agentlikləri də bu istiqamətdə fəaliyyət göstərir. Şəxslərarası kommunikasiya adlanan bu üsul davranışlara təsir etmək üçün vacibdir.

BMT-nin Uşaq Fondu tərəfindən keçirilən təlim 2011-ci il iyunun 16-23-də “Hyatt Regency” otelinin “Nizami” zalında baş tutdu. “Strateji Kommunikasiya Planlaşdırılması: Səhiyyə və Sosial İnkişaf sahələrində davranışları dəyişdirməyə nail olmaq üçün kommunikasiya” mövzusuna həsr olunmuş tədris kursunu Ümumdünya Səhiyyə Təşkilatının Baş kommunikasiya məsləhətçisi Hosein Everold apardı. 7 gün davam edən təlimdə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digər təşkilatların əməkdaşlarından ibarət qrup iştirak etdi. Bu tədris kursunda əsas diqqət beynəlxalq təcrübələrə nəzər yetirməklə, COMBİ planlaşdırma və icra metodikasını Azərbaycanın səhiyyə və sosial inkişaf sahələrinə tətbiq etməyi öyrətmək idi.

H.Everold iştirakçıları Azərbaycana gəlişinin məqsədi və təlimin proqramı ilə tanış etdi. Təlim ərzində davranışların dəyişdirilməsi üzrə kommunikasiyanın əsas aspektlərindən söhbət açılacağını bildirdi.

Kurs ərzində müxtəlif təlim vasitələrindən – mühazirələrdən, qruplarda müzakirələrdən, qruplarda işdən istifadə edildi. Ardıcıl olaraq, “Səhiyyə və sosial inkişaf sahələrində davranışların dəyişdirilməsinə yönəlmiş məqsədlərə nail olunması”, “Kommunikasiya və davranışların dəyişdirilməsilə bağlı nəticələr”, “Kompleks marketinq kommunikasiyası və COMBİ üzrə marketinq prinsipləri”, “Kommunikasiyanın 5 əsas fəaliyyəti”, “İdarəetmə və monitorinq” mövzuları üzrə təqdimatlar oldu. Eyni zamanda təlimçi müxtəlif COMBİ metodlarını nümayiş etdirmək üçün ayrı-ayrı ölkələrdə COMBİ ilə əlaqədar həyata keçirilmiş təcrübəsini bölüşdü. İşçi qruplarda işləyən iştirakçılar tədris kursunun sonuncu günündə COMBİ planının layihəsini qismən də olsa hazırladılar və nümayiş etdirdilər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı. Təkliflər və iradlar bildirildi. Sonda tədris kursunu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.