• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

17 İYUN 2011

“Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması (UDXBA)” proqramı üzrə təlim və müşavirə keçirildi

Uşaq ölümünün əsas faizi 0-2 ayda olan uşaqlar arasında daha çoxdur. Bu tendensiyanı azaltmağa yardım məqsədilə 2011-ci il iyunun 14-15-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) “Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması (UDXBA)” proqramının yeniləşdirilmiş “0-2 ayadək xəstə körpənin aparılması” modulu üzrə təlim keçirildi. Təlim ilkin səhiyyə xidmətində çalışan həkim-pediatrlar üçün nəzərdə tutulub.

Seminar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü və texniki dəstəyi ilə Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə həyata keçirilib. Tədbirdə 5 №-li birləşmiş uşaq xəstəxanasının pediatrları, Bakı Baş Səhiyyə İdarəsinin məsləhətçisi, Azərbaycan Tibb Universitetinin, İSİM və ÜST-ün nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktorunun birinci müavini Rauf Məmmədov təlimin keçirilməsi məqsədlərindən söhbət açdı. Daha sonra söz K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini professor Səfixan Qasımova verildi. S.Qasımov xəstə körpənin müayinəsinin vaxtında aparılmasının əhəmiyyətini vurğuladı. Ana və Uşaq proqramları üzrə Milli Koordinator Təranə Tağızadə də eyni zamana seminar iştirakçılarını salamladı və bu modulun Azərbaycanda adaptasiyasının vacibliyini qeyd etdi.

ÜST-ün Avropa Regional Bürosunun koordinatoru Aygül Kuttumuratova “2 aya qədər xəstə körpənin aparılması” strategiyası barədə məlumat verdi.

Seminara ÜST-ün məsləhətçisi Tamara Çuvakova başladı və seminarın məqsədinin tibbi müəssisəyə müraciət zamanı xəstə körpələr arasında ağır xəstə olanların xəstaxanaya yerləşdirilməsi üçün xüsusi əlamət və simptomların qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Daha sonra “İlk 2 ayında uşaqlıq dövrü xəstəliklərinin aparılması” və “2 aya qədər olan körpələr üçün qulluq” mövzularında təqdimatla çıxış etdi.

Təlim ərzində mövzu üzrə müxtəlif təqdimatlar və 2 hissəli video-film nümayiş etdirildi. İcmaları, xüsusən anaları uşaqlara qulluq tədbirlərilə bağlı məlumatlandırma, eləcə də bu istiqamətdə məsləhət və tövsiyələrin verilməsi üsulları ətrafında məruzələr aparıldı. Eyni zamanda nəzəri biliklər praktik tapşırıqlarda öz əksini tapdı.

Təlim nəticələrinin müzakirəsi məqsədilə iyunun 16-da İSİM-də “2 aya qədər xəstə körpənin aparılması” strategiyasının yenilənmiş modul üzrə orientasiya müşavirəsi keçirildi.

Tədbir iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov və Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva toplantının gündəliyində dayanan məsələlərdən söhbət açdılar.

Müşavirədə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyevə, Ana və uşaq proqramları üzrə Milli Koordinator Təranə Tağızadə, BMT-nin Uşaq Fondunun, ÜST-ün, İSİM-in, qeyri-hökumət təşkilatlarının nümayəndələri və UDXBA üzrə fasilitatorlar iştirak ediblər. Tədbirdə Azərbaycan Tibb Universitetinin əməkdaşı Təranə Tağızadə, AR SN Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Züleyxa Mikayılova, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Təhminə Tağızadə, ÜST-ün məsləhətçiləri professor Tamara Çuvakova və Aygül Kuttumuratova, İSİM-in əməkdaşı Şəhla İsmayılova müxtəlif mövzular üzrə məruzə etdilər. Təqdimatlardan və müzakirədən sonra “Səhiyyə sisteminin təşkilatçıları”, “Səhiyyənin praktik hissəsi”, “Diploma qədər və diplomdan sonrakı təhsil mövzularında texniki tapşırıqlar alan iştirakçılar qruplara ayrıldılar.

UDXBA strategiyasının tətbiqi üçün kömək edən və çətinlik yaradan faktorlar, və növbəti addımlar haqqında qrupların təqdimatları dinlənildi. Fikir mübadiləsi aparılandan sonra UDXBA strategiyası və “2 aya qədər xəstə körpənin aparılması” yenilənmiş modulu üzrə tövsiyələr iştirakçıların nəzərinə çatdırıldı.