Azərbaycanda ilk dəfə Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatına başlanıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

2 MAY 2011

Azərbaycanda ilk dəfə Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatına başlanıldı

Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) 13-15 yaşlı məktəblilər (8,9,10-cu siniflər) arasında keçirilir və ölkələrin gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılır. Tədqiqatın məlumatlarına əsasən, tütünə dair profilaktika və nəzarət proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mümkündür.

Azərbaycanda ilk dəfə Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatının (GYTS) həyata keçirilməsi məqsədilə 2011-ci il aprelin 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Gənclər arasında tədqiqat çərçivəsində intervüyerlər üçün təlim keçirildi. Təlimdə intervüyerlər tədqiqatla bağlı məlumatlandırıldılar.

Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı bütün ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə həyata keçirilir. Tədqiqat prosesində 13-15 yaşda olan şagirdlər arasında tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanılacaq. Mayın 18-nə kimi davam edəcək sorğunu 10 intervüyer aparacaq. Sorğuda əvvəlcədən CDC və ÜST tərəfindən seçilmiş 25 məktəbin 2798 şagirdi iştirak edəcək. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam, eləcə də məktəb dərsləri haqqındadır. İSİM tərəfindən aparılacaq sorğunun idarə edilməsi proseduru uşaqlara aid məlumatların konfidensiallığının təmin edilməsi şərtilə qurulub. Eyni zamanda kağız və qələmdən istifadə etməklə aparılan sorğunun nəticələrinə dair hesabatda məktəb və şagirdlərin adları hallandırılmayacaq.