İSİM-də “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” üzrə tədqiqatla bağlı iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

1 FEVRAL 2011

İSİM-də “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” üzrə tədqiqatla bağlı iclas keçirildi

2011-ci il fevralın 1-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” üzrə tədqiqatla bağlı iclas keçirildi. Tədbirdə İSİM, AR Elmi-Tədqiqat Pediatriya İnstitutu, YUNİSEF-in Azərbaycan nümayəndəliyi və ATU-nun əməkdaşlarından ibarət qrup iştirak etdi.

YUNİSEF-in Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə və İSİM-in əməkdaşı Nərgiz Mövsümova iştirakçılara tədqiqatın məqsəd və vəzifələri barədə məlumat verdilər. Belə ki, müəyyən edilmiş ekspert qrupu “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsi çərçivəsində tibb işçiləri, eləcə də 2 yaşa qədər uşaqları olan qadınlar arasında sorğu aparacaq. Daha sonra marketlərdə monitorinq həyata keçiriləcək və azyaşlı uşaqlar üçün satışa çıxarılan mövcud qida məhsullarının keyfiyyət göstəriciləri qeyd olunacaq. Əldə edilmiş məlumatlar səhiyyə sahəsində daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün ölkəmizə yardım edəcək. On gün ərzində aparılan sorğunun nəticələri əsasında regionlarda mövcud problemlər təhlil edilib, həll yolları araşdırılacaq.

Sonda ekspertlərin sorğu aparacaqları regionlar üzrə bölgüsü təyin olundu.