İSİM-də “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 YANVAR 2011

İSİM-də “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi

Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi bir il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına yönəldilmiş vəhşi terror aktı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazıldı. Milli azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

2011-ci il yanvarın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “20 Yanvar – Ümumxalq Matəm Günü”nə həsr olunmuş tədbir keçirildi. Toplantı iştirakçıları “20 Yanvar” faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov çıxışında xalqımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində Azərbaycanda misli görünməmiş faciənin yaşandığını diqqətə çatdırdı: “Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Bu gün Azərbaycanın müstəqil dövlət olmasında şəhidlərimizin rolu əvəzsizdir”. C.Məmmədov həmçinin 1990-cı il 20 yanvar faciəsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə ədalətli münasibətinin həmin çətin günlərdə xalqına dəstək, cəsarətli addım olduğunu vurğuladı: “20 Yanvar hadisələrinə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş, bu faciədə günahı olanlar adbaad sadalanmışdır.”

Tədbirin gedişatında İSİM-in əməkdaşları Yeganə Vəliyeva, Aris Rüstəmov, Nərgiz Müslümova, Sənan Kərimov çıxış etdilər. Məruzələrdə 21 il öncə baş vermiş hadisələrin xalqımızın qan yaddaşı olduğunu və müstəqilliyimizin əldə olunmasında həmin günlərin müstəsna yer tutduğu bildirildi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən, eyni zamanda azadlığa can atan xalqımızın mübarizliyini nümayiş etdirən “20 Yanvar” faciəsi iştirakçılara təqdim edilən video-çarxda anıldı. Video-təqdimat bir daha göstərdi ki, “20 Yanvar” faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdəndir və müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur.