İSİM-də Böyük Britaniyanın NİCE təşkilatının aparıcı mütəxəssisi Fransuaz Klüzonun “NİCE haqqında qısa xülasə” mövzusunda təqdimatı oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

9 DEKABR 2010

İSİM-də Böyük Britaniyanın NİCE təşkilatının aparıcı mütəxəssisi Fransuaz Klüzonun “NİCE haqqında qısa xülasə” mövzusunda təqdimatı oldu

2010-cu il dekabrın 9-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Böyük Britaniyanın NİCE təşkilatının aparıcı mütəxəssisi Fransuaz Klüzonun “NİCE haqqında qısa xülasə” mövzusunda təqdimatı oldu. AR Səhiyyə Nazirliyi və Dünya Bankının Səhiyyə Sektorunda İslahatlar Layihəsinin təşəbbüsü ilə təşkil olunmuş görüşdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin müəllim-professor heyəti və İSİM-in əməkdaşlarından ibarət qrup iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov toplantının məqsəd və məramını açıqladı. NİCE təşkilatı barədə qısa məlumatla çıxış edən rektor bu təşkilatın qeyri-hökumət təşkilatı olaraq, müstəqil və obyektiv məlumatlar hazırladığını vurğuladı: “NİCE təşkilatının əsas məqsədi nəinki Avropa ölkələrində, o cümlədən dünyanın müxtəlif regionlarında da yeni müalicə üsullarını, müasir tibbi avadanlıqları, bu sahədə hazırlanmış klinik protokolları araşdırmaq, məsləhətlər verməkdir. Tam müstəqil fəaliyyət göstərən təşkilat məlumatlandırmada da obyektivdir. Bir çox ölkələr bu təşkilatın məlumatlarına istinad edirlər. Azərbaycanda da səhiyyə inkişaf edir. Gərək biz yeni müalicə üsullarını, islahatları obyektiv qiymətləndirək. Bu istiqamətdə NİCE təşkilatının töhfələri çox ola bilər.”

Daha sonra söz İSİM-in direktoru Ceyhun Məmmədova verildi. Görüşün əhəmiyyətindən bəhs edən direktor nüfuzlu NİCE təşkilatı ilə İSİM-in əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirdi: “NİCE təşkilatı dünyada sübutlu təbabət sahəsindəki işlərinə görə məşhurdur və sübutlu təbabətin tətbiqinə böyük diqqət yetirir. Bu istiqamətdə Azərbaycanda da işlər görülür. Sübutlu təbabət əsasında bir neçə ildir ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzində klinik protokollar tərtib olunur. İSİM-də indiyədək sübutlu təbabət prinsipləri üzrə 40 klinik protokol tərtib olunub. Əlbəttə ki, klinik protokolların tərtibində NİCE təşkilatının araşdırmalarına, tədqiqatlarına, təcrübəsinə, məlumatlarına istinad edilib.”

Çıxışlardan sonra NİCE təşkilatının aparıcı mütəxəssisi Fransuaz Klüzonun təqdimatı oldu: “NİCE (Milli Səhiyyə və Kliniki Mükəmməllik İnstitutu) sağlamlıq sahəsində, habelə xəstəliklərin profilaktikası və müalicəsi işində milli səviyyədə istiqamətləndirməni təmin edən müstəqil təşkilatdır. Əsas prinsiplərimiz əsaslılıq, əhatəlilik, şəffaflıq və müstəqillikdir.”

90-cı illərin sonunda Milli Səhiyyə Xidmətlərində keyfiyyət standartının yoxluğundan, peşəkarlar üçün istiqamətləndirmənin zəifliyindən, yeni texnologiyaların çox baha olmasından bəhs edən aparıcı mütəxəssis NİCE təşkilatının fəaliyyəti, strukturu barədə də məlumat verdi: “Təşkilatda istiqamətləndirmə üç sahə üzrə verilir: səhiyyə texnologiyaları, klinik protokollar, ictimai səhiyyə. Klinik protokollar tövsiyə xarakteri daşıyır. Protokolların hazırlanmasında mütəxəssislərlə yanaşı, xəstələr də iştirak edir. Göstərişlərin hazırlanması prosesində NİCE çox zaman İSX səviyyəsindən stasionar səviyyəyə göndərişlərə dair məsləhətlər verir.”

Təqdimatda iştirakçılar həmçinin təşkilata dair əlavələrlə, digər məlumat bazasında axtarışla, ölkə üzrə günbəgün toplanan məlumatlarla, dərc olunmuş tədqiqatla, hesabatlarla, xəstələr arasında sorğularla, milli auditlərlə, qeyri-rəsmi rəylərlə tanış oldular. Çıxışın sonunda F.Klüzo Böyük Britaniyanın nüfuzlu “The Financial Times” qəzetində NİCE təşkilatı haqqında dərc edilmiş yazını iştirakçıların diqqətinə çatdırdı: “NİCE təşkilatının fəaliyyəti bütün dünyanın səhiyyə siyasətçilərinə təsir göstərmişdir... 2008-ci ilin mayında beynəlxalq əhatəsini gücləndirmək üçün NİCE İnternational yaradılmışdır. Bu fikir sadəcə Böyük Britaniyada tətbiq olunan şablonu ixrac etmək məqsədilə deyil, texnologiya ehtiyaclarının müəyyən olunaraq, yerli şəraitə uyğunlaşdırılmasını təmin edən layihələr üzərində xarici hökumətlər ilə iş görmək məqsədilə irəli sürülmüşdür... BB-nin NİCE təşkilatı səhiyyə siyasətinə yeni yanaşması ilə dünya liderinə çevrilərək, texnologiyaların qiymətləndirilməsini BB-nin əsas ixracatına çevirmişdir.”

Təqdimatdan sonra Ceyhun Məmmədov bir neçə məqama toxundu: “Klinik protokolların tərtibi prosesi heç də sadə iş deyil. Bu, uzunmüddətli, çox resurs tələb edən prosesdir. Təqdirəlayiq haldır ki, Böyük Britaniyada bu prosesdə həkimlərdən və mütəxəssislərdən başqa, xəstələr də iştirak edirlər. Hesab edirəm ki, NİCE təşkilatının təcrübəsi bizim üçün əhəmiyyətlidir.” Direktor eyni zamanda klinik protokolların tərtibinin əhəmiyyətindən də söhbət açdı: “Səhiyyə Nazirliyinin 66 saylı əmrinə əsasən, klinik protokolların yerlərdə tətbiqi tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb. Klinik protokolların tərtibi, o cümlədən tətbiqi bizim üçün vacibdir. Klinik protokolların tətbiqi nə qədər uğurludur? Tətbiq zamanı hansı problemlərlə üzləşirik? Bu sualların cavabı üçün monitorinq aparılmalıdır. Müalicə-profilaktika işlərinin təkmilləşdirilməsində əhəmiyyəti olan klinik protokollar son nəticədə ictimai səhiyyə üçün vacibdir. Əminəm ki, gələcəkdə klinik protokolların tətbiqi icbari tibbi sığorta ilə də bağlı olacaq.”

Tədbir müzakirə ilə davam etdi. İştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırıldı.

Sonda Dünya Bankının Səhiyyə mütəxəssisi Patrisio Markez söz verildi. “Ayrı-ayrı qurumların fəaliyyəti nəticəsində səhiyyədə bir sıra irəliləyişlərə nail olmuşuq. Biz digər beynəlxalq təşkilatların əməkdaşlarının da bu məsələdə təşəbbüskarlığının tərəfdarıyıq. Son 2-3 ildə gördüyümüz işləri bundan sonra da davam etdirməyə hazırıq”- deyə P.Markez görülən işlərin əhəmiyyətini vurğuladı.