• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

7 OKTYABR 2010

İSİM-də Səhiyyə Kommunikasiyası mütəxəssisləri üçün görüş keçirildi

2010-cu il oktyabrın 7-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Kommunikasiyası mütəxəssisləri üçün növbəti görüş keçirildi. Tədbiri giriş sözü ilə açan İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin (SKİƏŞ) müdiri Leyla Salıfova toplantının təşkilati məqsədlərini açıqladı və görüşdən məmnunluğunu bildirdi. İştirakçıların təqdimatından sonra söz Abt Associates təşkilatının əməkdaşı Cəmilə Əzizovaya verildi.

C. Əzizova bu görüşün təşkil edilməsinin tərkibi yenilənmiş Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə partnyorlar arasında əməkdaşlığın yaranması və bu əməkdaşlığın davam etdirilməsi məqsədini daşıdığını qeyd etdi. Daha sonra L. Salıfovanın təqdimatında Şöbənin fəaliyyətindən bəhs edən məlumat toplusu nümayiş olundu.

Şöbənin yaranma tarixi, vəzifəsi, fəaliyyət istiqamətləri, görülmüş işlər, təşkilati proseslər, tövsiyələr, plan və perspektivlər haqqında tədbir iştirakçıları məlumatlandırıldı. Eyni zamanda Azərbaycan Səhiyyə Kommunikasiyası üzrə 2011-2016-cı illər üçün Milli Çərçivə Konsepsiyası haqqında qısa məlumat da diqqətə çatdırıldı. Təqdimatdan sonra təkliflər dinlənildi.

İlk növbədə təmsil etdikləri qurum və təşkilatların iş fəaliyyətindən söhbət açan iştirakçılar, daha sonra səhiyyə kommunikasiyası sahəsində çalışan mütəxəssislərin əməkdaşlığını möhkəmləndirmək üçün görüləcək işlərlə bağlı təkliflərini bildirdilər.

“Həyat” beynəlxalq humanitar təşkilatının layihə meneceri Fuad Məmmədov səhiyyə kommunikasiyası mütəxəssisləri üçün belə görüşlərin keçirilməsinin zəruriliyini vurğuladı. Həmçinin icmaların və fərdlərin səfərbərliyi üçün kommunikasiya üsullarından istifadə etməklə, fərdlərin razı qalmasını təmin etmək üçün müəyyən konfransların təşkil olunmasının, səhiyyədə çalışan mütəxəssislərin, jurnalistlərin iştirakçı kimi bu tədbirlərə dəvət olunmasının, müxtəlif mövzularda fikir mübadiləsinin aparılmasının səhiyyə kommunikasiyasının inkişafına verəcəyi töhfələrdən də bəhs etdi.

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) nümayəndəsi Zaur İbrahimov səhiyyə kommunikasiyası sahəsində kadrların peşəkarlığını artırmaq üçün müəyyən vəsaitlərin çap olunduğunu, təlimlərin təşkil edildiyini vurğuladı. Kəmiyyət baxımından, nəyəsə nail olduqlarını bildirən Z. İbrahimov keyfiyyət baxımından, irəliləmək üçün təklifləri iştirakçıların nəzərinə çatdırdı. O cümlədən, ASKA-nın “Kommunikasiya vəsaitlərinin hazırlanması” Layihəsi haqqında da məlumat verdi.

Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Müqalib Mahmudov səhiyyə sahəsində ictimai nəzarətin effektivliyində jurnalistlərin böyük rol oynadığını qeyd etdi. Bunun üçün jurnalistlərin peşəkarlığının artırılması məqsədilə təlimlərin keçirilməsinin vacibliyini bildirdi.

Belə görüşlərin keçirilməsinin səhiyyə kommunikasiyasının düzgün koordinasiya üzrə fəaliyyət göstərməsi üçün önəmini vurğulayan L. Salıfova sonda iştirakçılara öz təşəkkürünü bildirdi və növbəti toplantının “Vərəmlə mübarizə” mövzusuna həsr olunacağını qeyd etdi.