İSİM-də “Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilmiş yeni alət və yanaşma nəticələrinin yayılması üzrə konfrans” keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 SENTYABR 2010

İSİM-də “Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilmiş yeni alət və yanaşma nəticələrinin yayılması üzrə konfrans” keçirildi

Azərbaycanda son illər ərzində Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və əlçatanlığının artırılması istiqamətində nəzərəçarpan irəliləyişlərə nail olunmuşdur. Səhiyyə Nazirliyinin bu təşəbbüslərə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi tərəfindən geniş dəstək verilmişdir.

Təcrübə göstərir ki, layihə tərəfindən hədəf rayonlarda tibb xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərilən təşəbbüslər, COPE aləti və Dəstəkverici Rəhbərlik yanaşmasının tətbiqi nəticəsini vermiş, tibb müəssisələri və tibb işçilərinin göstərdiyi xidmətə müsbət təsir göstərmişdir. Hədəf tibb müəssisələrinin təxminən 80%-i tibb xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən COPE mexanizmi və Dəstəkverici Rəhbərlik yanaşmasını davamlı olaraq istifadə edir.

2010-cu il avqustun 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi çərçivəsində Səhiyyə Nazirliyi, Reproduktiv Sağlamlıq üzrə Milli Ofis, İSİM-in təşkil etdiyi “Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilmiş yeni alət və yanaşma nəticələrinin yayılması üzrə konfrans” keçirildi. Toplantının keçirilməsində məqsəd Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsinin (RS/AP) xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün COPE aləti və Dəstəkverici Rəhbərlik yanaşmasının tətbiqinin nəticələrini, tibb müəssisələrinə və tibb işçilərinə təsirini nümayiş etdirmək, eləcə də əldə olunmuş nailiyyətləri qiymətləndirməkdir.

İlk olaraq İSİM-in direktoru Ceyhun Məmmədov toplantı iştirakçılarını salamladı. Layihənin əhəmiyyətindən, görülən işlərdən və bu işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edən İSİM rəhbəri açılış üçün sözü USAİD/Bakı ofisinin Səhiyyə Direktoru Karen Velçə verdi. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev Milli Reproduktiv Sağlamlıq Ofisinin yaranma tarixi, bu sahədəki fəaliyyətlər barədə məlumat verdi. İnsan sağlamlığının qorunması və standartlaşdırma kimi iki mühüm inkişaf arasında balansın yaradılmasının beynəlxalq təşkilatların əsas vəzifəsi olduğunu qeyd edən Fərid Babayev strateji əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu da nəzərə çatdırdı.

Daha sonra Azərbaycan RS/AP Layihəsinin rəhbəri Mavcudə Babamuradova toplantının məqsəd və vəzifələri barədə məruzə etdi. RS/AP Layihəsinin ana və uşağın sağlamlığının təminatına yönəldiyini vurğulayan Layihə rəhbəri toplantının gedişində təhlil və müzakirə yolu ilə görülmüş işlərin nəticələrinin müəyyənləşdiriləcəyini də diqqətə çatdırdı. Mavcudə Babamuradova həmçinin tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş uğurlu işlərdən biri kimi, Azərbaycan Tibb Universitetinin (ATU) nəşr etdiyi reproduktiv sağlamlıq mövzusunda dərs vəsaitini toplantı iştirakçılarına nümayiş etdirdi. Layihənin təlim üzrə koordinatoru Təranə Əhmədova Azərbaycan RS/AP Layihəsi tərəfindən tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq olunan COPE və Dəstəkverici Rəhbərlik fəaliyyətlərinin nəticələri barədə təqdimatı iştirakçıların diqqətinə çatdırdı. İlk növbədə Layihə haqqında qısa məlumat verən məruzəçi daha sonra tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün Layihə çərçivəsində görülən işlərdən danışdı. Dəstəkverici Rəhbərlik yanaşmasının, COPE və İcma-COPEun tibb müəssisələrində tətbiqi slaydlarla əyani olaraq toplantı iştirakçılarına təqdim olundu. Bu təcrübənin keçirildiyi tibb müəssisələrində problemlərin bir qisminin aradan qaldırıldığı da bildirildi. Məruzənin davamı olaraq, Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin Gigiyenası kafedrasının assistenti, Layihə təlimçisi Şəhla Balayeva COPE və Dəstəkverici Rəhbərlik fəaliyyətlərinin tətbiqindəki uğurlardan söhbət açdı. Ayrı-ayrı tibb müəssisələrində bu təcrübənin tətbiqi nəticəsində məhz hansı problemlərin həll olunduğunu diqqətə çatdıran təlimçi bu istiqamətdə İSİM-də tərtib edilmiş klinik protokolların əhəmiyyətini də vurğuladı. Həmçinin bu alətlərin təkcə RS/AP-də deyil, səhiyyənin bütün sahələrində tətbiq edilməsinin zəruriliyini və əhəmiyyətini diqqətə çatdırdı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Gülnarə Hacızadə RS/AP Layihəsi çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni alət və yanaşmanın tətbiqi üzrə aparılmış təhlilin nəticələrini toplantı iştirakçılarına çatdırdı. Daha sonra RS/AP Layihəsinin Proqram İşçisi Aybəniz Zamanovanın moderatorluğu ilə pilot tibb müəssisələrinin nümayəndələri “Hədəf tibb müəssisələrində tətbiq edilən yeni alət və yanaşmaların xidmətlərin keyfiyyətinə təsiri” mövzusunda panel müzakirə apardılar. Həmçinin toplantı iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Panel müzakirədən sonra COPE müəssisələri təltif olundu.

Sonda İSİM-in direktoru Ceyhun Məmmədov RS/AP Layihəsinin yekunlaşmasına baxmayaraq, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin, tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün tibb müəssisələrinə yeni alət və yanaşmaların tətbiq edilməsinin vacibliyini vurğuladı. Həmçinin bu istiqamətdə keçirilən təlimlərin tibb işçilərinin peşəkarlığının artırılmasını qeyd edən İSİM-in direktoru toplantının gedişində səslənən təklif və məsləhətlərin nəzərə alınacağını, bundan sonra da belə layihələrin həyata keçirilməsində və onların davamlılığında İSİM-in dəstəkverici rol oynayacağını bildirdi.