İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

16 İYUN 2010

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə beynəlxalq təşkilatların nümayəndələri və milli koordinatlar arasında növbəti təşkilatarası iclas iyun ayının 16-da keçirildi.

İclas qısa aylıq hesabatlardan və təqdimatdan ibarət idi.

İlk növbədə Mərkəzin direktoru Ceyhun Məmmədov qonaqları salamladı və hamını qarşıdan gələn 17 iyun “Tibb işçiləri günü” münasibətilə təbrik etdi. Direktor may ayında İSİM tərəfindən keçirilən tədbirlər haqqındada ətraflı danışdı. O, öz çıxışında 31 may Dünya Tütünsüz Gününə həsr olunmuş tədbirlərdən və Blumberq Təşəbbüsü fondunun dəstəyi ilə hazırlanan tütünçəkmə ilə mübarizənin gücləndirilməsinə dair strategiya barədə danışdı.

Tədbir iştirakçıları may ayı ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlər ilə bərabər planlaşdırdıqları yeni fəaliyyətlər haqqında da məlumat verdilər.

İclas Engender Health təşkilatının Təlim üzrə koordinatoru Təranə Əhmədovanın “Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsinin Azərbaycanda fəaliyyəti” adlı təqdimatı ilə davam etdi. Təranə Əhmədova layihənin məqsədləri, əsas vəzifələri və resipiyentləri haqqında danışdı. Təranə Əhmədova Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsinin nailiyyətlərindən və keçirilən treninqlərdən bəhs etdi. Onun reproduktiv sağlamlıq sahəsində həkimlərin və icma nümayəndələri üçün arzuolunmaz hamiləliyin qarşısının alınması, həmçinin bu sahədə keyfiyyətin yaxşılaşdırılması üçün aparılan tədbirlər haqqındakı məruzəsi iştirakçıların xüsusi marağına səbəb oldu. İclasda İSİM-in rəhbərliyi ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən və İSİM ilə sıx əməkdaşlıq edən Engender Health, Açıq Cəmiyyət İnstitutu, Qlobal Fond, USAID, ICRC, Vişnevskaya-Rastropoviç Fondu, Abt. Associates, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, World Vision təşkilatların nümayəndələri, eləcə də Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak etdi.