31 may Ümumdünya Tütünsüz Günündə Milli Məclisdə dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2010

31 may Ümumdünya Tütünsüz Günündə Milli Məclisdə dəyirmi masa keçirildi

1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümümdünya Tütünsüz Günü elan edilmişdir. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir.

Hər il 31 may tarixində qeyd olunan Ümümdünya Tütünsüz Günü tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə dünya ictimaiyyətinin fəaliyyətindən xəbər verir. Tütün epidemiyası ictimai səhiyyə problemi çərçivəsindən çıxaraq törətdiyi təhlükələrə görə qlobal miqyas almışdır. Hazırda tütün böyüklərin hər on nəfərdən birinin, yəni ildə təxminən 5 milyon nəfərin ölümünə gətirib çıxarır. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının ildə 8 milyona çatması və ümumi olaraq XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir.

ÜST tərəfindən 2010-cu ilin Ümumdünya Tütünsüz Gününün mövzusu “Gender və tütün: gadınlara yönəldilmiş marketinq” elan edilmişdir.

Qadınlar dünyanın 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20%-ni təşkil edir. Qadınlar arasında tütün epidemiyasına nəzarət ümumi tütünə nəzarət strategiyasının mühüm hissəsidir. 2010-cu ilin Ümumdünya Tütünsüz Günü çərçivəsində qadınlara və qızlara satılan tütünün zərərli effektlərinə xüsusi diqqətin cəlb edilməsi tədbirləri keçirilməlidir. Bu həmçinin 2005-ci ildə Azərbaycan da qoşulduğu Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının üzv ölkələrinin tütünün hər hansı reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna gadağaların qoyulması tələblərini əks etdirir.

Hal-hazırda tütün epidemiyası ictimai səhiyyənin ən ciddi təhlükələrindən biri hesab olunur. Problemin aktuallığını bir daha vurğulamaq üçün bu gün Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsində 31 may - Ümumdünya Tütünsüz Gününə həsr olunmuş “Milli Qanunvericilikdə Tütünlə Mübarizə: Reallıqlar və Perspektivlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, Səhiyyə Nazirliyinin və başqa aidiyyəti nazirliklərin, digər dövlət, beynəlxalq və qeyri-hökumət qurumlarının səlahiyyətli nümayəndələri iştirak etmişdir. Dəyirmi masada tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, tütünlə mübarizə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, tütünlə mübarizənin əsas istiqamətləri və mövzu ətrafında bir sıra çıxışlar edildi, irəli gələn məsələlərə dair müzakirələr aparıldı.